İki nəfərlə camaat namazı
حَدَّثَنَا مُحَمَّدُ بْنُ عَبْدِ الْمَلِكِ بْنِ أَبِي الشَّوَارِبِ ، حَدَّثَنَا عَبْدِ الْوَاحِدِ بْنِ زِيَادٍ ، حَدَّثَنَا عَاصِمٌ ، عَنِ الشَّعْبِيِّ ، عَنِ ابْنِ عَبَّاسٍ ، قَالَ : بِتُّ عِنْدَ خَالَتِي مَيْمُونَةَ ، فَقَامَ النَّبِيُّ صَلَّى الله عَليْهِ وسَلَّمَ يُصَلِّي مِنَ اللَّيْلِ ، فَقُمْتُ عَنْ يَسَارِهِ ، فَأَخَذَ بِيَدِي ، فَأَقَامَنِي عَنْ يَمِينِهِ.
“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Bir dəfə mən xalam Məymunəgildə gecələmişdim. Peyğəmbər ﷺ gecə qalxıb namaz qıldıqda mən də onun solunda namaza dayandım. O, mənim əlimdən tutub sağ tərəfinə keçirdi”.”
İbn Abbas
Səhihİstinad
İbn Məcə, 973 (İqamətus-salat, 171)
Sunən İbn Məcə — Namazlara başlamaq və onda olan sünnələr