Namazlara başlamaq və onda olan sünnələr

İki nəfərlə camaat namazı

حَدَّثَنَا بَكْرُ بْنُ خَلَفٍ أَبُو بِشْرٍ ، حَدَّثَنَا أَبُو بَكْرٍ الْحَنَفِيُّ ، حَدَّثَنَا الضَّحَّاكُ بْنُ عُثْمَانَ ، حَدَّثَنَا شُرَحْبِيلُ ، قَالَ : سَمِعْتُ جَابِرَ بْنُ عَبْدِ اللهِ يَقُولُ : كَانَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ يُصَلِّي الْمَغْرِبَ ، فَجِئْتُ فَقُمْتُ عَنْ يَسَارِهِ ، فَأَقَامَنِي عَنْ يَمِينِهِ.

“Rəvayət edilir ki, Cabir ibn Abdullah ﵄ demişdir: “Bir dəfə Allah Elçisi ﷺ Məğrib namazını qılırdı. Mən də onun soluna keçərək namaza durduqda məni sağ tərəfinə keçirdi”.”

Cabir ibn Abdullah
Səhih

İstinad

İbn Məcə, 974 (İqamətus-salat, 172)

Sunən İbn Məcə — Namazlara başlamaq və onda olan sünnələr