Namazda imam olmağa kim daha haqlıdır?
حَدَّثَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ ، حَدَّثَنَا مُحَمَّدُ بْنُ جَعْفَرٍ ، حَدَّثَنَا شُعْبَةُ ، عَنْ إِسْمَاعِيلَ بْنُ رَجَاءٍ ، قَالَ : سَمِعْتُ أَوْسَ بْنُ ضَمْعَجٍ ، قَالَ : سَمِعْتُ أَبَا مَسْعُودٍ يَقُولُ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : يَؤُمُّ الْقَوْمَ أَقْرَؤُهُمْ لِكِتَابِ اللَّهُ ، فَإِنْ كَانَتْ قِرَاءَتُهُمْ سَوَاءً ، فَلْيَؤُمَّهُمْ أَقْدَمُهُمْ هِجْرَةً ، فَإِنْ كَانَتِ الْهِجْرَةُ سَوَاءً ، فَلْيَؤُمَّهُمْ أَكْبَرُهُمْ سِنًّا ، وَلاَ يُؤَمُّ الرَّجُلُ فِي أَهْلِهِ ، وَلاَ فِي سُلْطَانِهِ ، وَلاَ يُجْلَسْ عَلَى تَكْرِمَتِهِ فِي بَيْتِهِ إِلاَّ بِإِذْنٍ ، أَوْ بِإِذْنِهِ.
“Rəvayət edilir ki, Əbu Məsud ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Bir topluma Allahın Kitabını daha yaxşı biləniniz imam olmalıdır. Əgər Quranı bilməkdə ikisi də eyni olarsa, ilk hicrət edən imam olmalıdır. Hicrətdə də eyni olsalar, daha yaşlı olan imam olmalıdır. Bir adamın öz evində və ya onun rəhbər olduğu yerdə başqası imamlıq etməsin. Bir nəfər üçün düzəldilmiş yerə başqa birisi oturmasın. Əgər izn verilsə, namaz da qıldıra bilər, otura da bilər”.”
İstinad
İbn Məcə, 980 (İqamətus-salat, 178)
Sunən İbn Məcə — Namazlara başlamaq və onda olan sünnələr