İmamın vəzifəsi nədir?
حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا سَعِيدُ بْنُ سُلَيْمَانَ ، حَدَّثَنَا عَبْدُ الْحَمِيدِ بْنُ سُلَيْمَانَ ، أَخُو فُلَيْحٍ ، حَدَّثَنَا أَبُو حَازِمٍ ، قَالَ : كَانَ سَهْلُ بْنُ سَعْدٍ السَّاعِدِيُّ يُقَدِّمُ فِتْيَانَ قَوْمِهِ ، يُصَلُّونَ بِهِمْ ، فَقِيلَ لَهُ : تَفْعَلُ وَلَكَ مِنَ الْقِدَمِ مَا لَكَ ، قَالَ : إِنِّي سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ يَقُولُ : الإِمَامُ ضَامِنٌ ، فَإِنْ أَحْسَنَ فَلَهُ وَلَهُمْ ، وَإِنْ أَسَاءَ ، يَعْنِي ، فَعَلَيْهِ ، وَلاَ عَلَيْهِمْ.
“Rəvayət edilir ki, Əbu Hazim ﵀ demişdir: “Səhl ibn Səd əs-Səidi qövmünün cavanlarını namaz qıldırmaq üçün önə keçirmişdi. Ona deyildi: “Sən daha yaşlı olduğun halda niyə belə edirsən?” O dedi: “Həqiqətən, mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitmişəm: “İmam zamindir. Əgər namazı yaxşı qıldırarsa, savabı ona və arxada olanlara olar. Əgər düz qıldırmazsa, yalnız onun əleyhinə olar”.”
İstinad
İbn Məcə, 981 (İqamətus-salat, 179)
Sunən İbn Məcə — Namazlara başlamaq və onda olan sünnələr