Namazlara başlamaq və onda olan sünnələr

İmamın vəzifəsi nədir?

حَدَّثَنَا مُحْرِزُ بْنُ سَلَمَةَ الْعَدَنِيُّ ، حَدَّثَنَا ابْنُ أَبِي حَازِمٍ ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ حَرْمَلَةَ ، عَنْ أَبِي عَلِيٍّ الْهَمْدَانِيِّ ، أَنَّهُ خَرَجَ فِي سَفِينَةٍ فِيهَا عُقْبَةُ بْنِ عَامِرٍ الْجُهَنِيُّ , فَحَانَتْ صَلاَةٌ مِنَ الصَّلَوَاتِ ، فَأَمَرْنَاهُ أَنْ يَؤُمَّنَا ، وَقُلْنَا لَهُ : إِنَّكَ أَحَقُّنَا بِذَلِكَ ، أَنْتَ صَاحِبُ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، فَأَبَى ، فَقَالَ : إِنِّي سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ يَقُولُ : مَنْ أَمَّ النَّاسَ فَأَصَابَ ، فَالصَّلاَةُ لَهُ وَلَهُمْ ، وَمَنِ انْتَقَصَ مَنْ ذَلِكَ شَيْئًا ، فَعَلَيْهِ ، وَلاَ عَلَيْهِمْ.

“Rəvayət edilir ki, Əbu Əli əl-Həmdani ﵀ gəmi ilə səfərə çıxmışdı. Uqbə ibn Amir də orada idi. Namaz vaxtı girdikdə biz Uqbə ibn Amir əl-Cuhəninin namaz qıldırmasını istədik və dedik: “Həqiqətən, sən namaz qıldırmağa ən çox layiq olanımızsan və Allah Elçisinin ﷺ səhabəsisən”. Lakin imtina etdi və dedi: “Mən Allah Elçisinin belə buyurduğunu eşitmişəm: “Kim insanlara namazda imamlıq edər və namazını tam qıldırarsa, savabı həm ona, həm də camaata olar. Kim imam olduqda namazı naqis qıldırarsa, günahı camaata yox, imama olar”.”

Əbu Əli əl-Həmdani
Səhih

İstinad

İbn Məcə, 983 (İqamətus-salat, 181)

Sunən İbn Məcə — Namazlara başlamaq və onda olan sünnələr