Namazlara başlamaq və onda olan sünnələr

Namaz qılan adam ona salam verənə necə qarşılıq verməlidir?

حَدَّثَنَا عَلِيُّ بْنُ مُحَمَّدٍ الطَّنَافِسِيُّ ، حَدَّثَنَا سُفْيَانُ بْنُ عُيَيْنَةَ ، عَنْ زَيْدِ بْنِ أَسْلَمَ ، عَنْ عَبْدِ اللهِ بْنِ عُمَرَ ، قَالَ : أَتَى رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ مَسْجِدَ قُبَاءٍ يُصَلِّي فِيهِ ، فَجَاءَتْ رِجَالٌ مِنَ الأَنْصَارِ يُسَلِّمُونَ عَلَيْهِ ، فَسَأَلْتُ صُهَيْبًا ، وَكَانَ مَعَهُ : كَيْفَ كَانَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ يَرُدُّ عَلَيْهِمْ ؟ قَالَ : كَانَ يُشِيرُ بِيَدِهِ.

“Rəvayət edilir ki, Abdullah ibn Ömər ﵄ demişdir: “Allah Elçisi ﷺ Quba' məscidinə gələrək orada namaz qılardı. Ənsardan olanlar da gəlib ona salam verərdilər. Onun yanında olan Suheybdən soruşdum: “Allah Elçisi ﷺ onların salamını necə alardı?” Suheyb dedi: “Əli ilə işarə edərdi”.”

Abdullah ibn Ömər
Səhih

İstinad

İbn Məcə, 1017 (İqamətus-salat, 215)

Sunən İbn Məcə — Namazlara başlamaq və onda olan sünnələr