Namaz qılan adam ona salam verənə necə qarşılıq verməlidir?
حَدَّثَنَا مُحَمَّدُ بْنُ رُمْحٍ الْمِصْرِيُّ ، أَخْبَرَنَا اللَّيْثُ بْنُ سَعْدٍ ، عَنْ أَبِي الزُّبَيْرِ ، عَنْ جَابِرٍ ، قَالَ : بَعَثَنِي النَّبِيُّ صَلَّى الله عَليْهِ وسَلَّمَ لِحَاجَةٍ ، ثُمَّ أَدْرَكْتُهُ وَهُوَ يُصَلِّي ، فَسَلَّمْتُ عَلَيْهِ ، فَأَشَارَ إِلَيَّ ، فَلَمَّا فَرَغَ دَعَانِي ، فَقَالَ : إِنَّكَ سَلَّمْتَ عَلَيَّ آنِفًا وَأَنَا أُصَلِّي.
“Rəvayət edilir ki, Cabir ﵁ demişdir: “Peyğəmbər ﷺ məni bir iş üçün göndərmişdi. Mən qayıtdıqda o, namaz qılırdı. Gəlib salam verdim, salamımı əli ilə işarə edərək aldı. Namazı bitirdikdə məni çağırıb dedi: “Sən mənə salam verdikdə mən namaz qıldığıma görə salamını ala bilməmişdim”.”
İstinad
İbn Məcə, 1018 (İqamətus-salat, 216)
Sunən İbn Məcə — Namazlara başlamaq və onda olan sünnələr