Namazlara başlamaq və onda olan sünnələr

Səfərdə namazı qısaltmaq

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ إِدْرِيسَ ، عَنِ ابْنِ جُرَيْجٍ ، عَنِ ابْنِ أَبِي عَمَّارٍ ، عَنْ عَبْدِ اللهِ بْنِ بَابَيْهِ ، عَنْ يَعْلَى بْنِ أُمَيَّةَ ، قَالَ : سَأَلْتُ عُمَرَ بْنَ الْخَطَّابِ , قُلْتُ : {فَلَيْسَ عَلَيْكُمْ جُنَاحٌ أَنْ تَقْصُرُوا مِنَ الصَّلاَةِ إِنْ خِفْتُمْ أَنْ يَفْتِنَكُمُ الَّذِينَ كَفَرُوا} وَقَدْ أَمِنَ النَّاسُ ؟ فَقَالَ : عَجِبْتُ مِمَّا عَجِبْتَ مِنْهُ ، فَسَأَلْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ عَنْ ذَلِكَ ، فَقَالَ : صَدَقَةٌ تَصَدَّقَ اللَّهُ بِهَا عَلَيْكُمْ ، فَاقْبَلُوا صَدَقَتَهُ.

“Rəvayət edilir ki, Yalə ibn Umeyyə ﵀ demişdir: “Mən Ömər ibn əl-Xattabdan soruşdum: “Yer üzündə səfərə çıxdığınız zaman kafirlərin sizə zərər yetirəcəklərindən qorxarsınızsa, namazı qısaltmanızda sizə günah yoxdur” (ən-Nisa, 101). Artıq insanlar əmin-amanlıqda deyillərmi?” O dedi: “Sənin təəccübləndiyin kimi mən də təəccüblənmişdim və bu haqda Allah Elçisindən ﷺ soruşmuşdum. Allah Elçisi ﷺ dedi: “Bu, Allahın sizə verdiyi sədəqədir. Buna görə də Allahın sədəqəsini qəbul edin!””

Yalə ibn Umeyyə
Səhih

İstinad

İbn Məcə, 1065 (İqamətus-salat, 263)

Sunən İbn Məcə — Namazlara başlamaq və onda olan sünnələr