Səfərdə namazı qısaltmaq
حَدَّثَنَا مُحَمَّدُ بْنُ رُمْحٍ ، أَخْبَرَنَا اللَّيْثُ بْنُ سَعْدٍ ، عَنِ ابْنِ شِهَابٍ ، عَنْ عَبْدِ اللهِ بْنِ أَبِي بَكْرِ بْنِ عَبْدِ الرَّحْمَنِ ، عَنْ أُمَيَّةَ بْنِ عَبْدِ اللهِ بْنِ خَالِدٍ ، أَنَّهُ قَالَ لِعَبْدِ اللهِ بْنِ عُمَرَ : إِنَّا نَجِدُ صَلاَةَ الْحَضَرِ وَصَلاَةَ الْخَوْفِ فِي الْقُرْآنِ ، وَلاَ نَجِدُ صَلاَةَ السَّفَرِ ؟ فَقَالَ لَهُ عَبْدُ اللهِ : إِنَّ اللَّهَ بَعَثَ إِلَيْنَا مُحَمَّدًا صَلَّى الله عَليْهِ وسَلَّمَ , وَلاَ نَعْلَمُ شَيْئًا ، فَإِنَّمَا نَفْعَلُ كَمَا رَأَيْنَا مُحَمَّدًا صَلَّى الله عَليْهِ وسَلَّمَ يَفْعَلُ.
“Rəvayət edilir ki, Umeyyə ibn Abdullah ibn Xalid ﵀ Abdullah ibn Ömərə demişdir: “Biz əmin-amanlıqda və qorxu içində olduqda namaz qılmaq qaydasını Quranda tapırıq, amma səfər namazını tapa bilmirik”. Abdullah ona dedi: “Həqiqətən, Allah bizə Muhəmmədi ﷺ heç nə bilmədiyimiz halda göndərmişdir. Buna görə də Muhəmməd ﷺ necə edibsə, biz də ondan gördüyümüzü edirik”.”
İstinad
İbn Məcə, 1066 (İqamətus-salat, 264)
Sunən İbn Məcə — Namazlara başlamaq və onda olan sünnələr