Səfərdə nafilə namazların qılınması
حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ خَلاَّدٍ الْبَاهِلِيُّ ، حَدَّثَنَا أَبُو عَامِرٍ ، عَنْ عِيسَى بْنِ حَفْصِ بْنِ عَاصِمِ بْنِ عُمَرَ بْنِ الْخَطَّابِ , حَدَّثَنِي أَبِي ، قَالَ : كُنَّا مَعَ ابْنِ عُمَرَ فِي سَفَرٍ , فَصَلَّى بِنَا ، ثُمَّ انْصَرَفْنَا مَعَهُ وَانْصَرَفَ ، قَالَ : فَالْتَفَتَ , فَرَأَى أُنَاسًا يُصَلُّونَ ، فَقَالَ : مَا يَصْنَعُ هَؤُلاَءِ ؟ قُلْتُ : يُسَبِّحُونَ ، قَالَ : لَوْ كُنْتُ مُسَبِّحًا لأَتْمَمْتُ صَلاَتِي ، يَا ابْنَ أَخِي , إِنِّي صَحِبْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ , فَلَمْ يَزِدْ عَلَى رَكْعَتَيْنِ فِي السَّفَرِ حَتَّى قَبَضَهُ اللَّهُ ، ثُمَّ صَحِبْتُ أَبَا بَكْرٍ , فَلَمْ يَزِدْ عَلَى رَكْعَتَيْنِ ، ثُمَّ صَحِبْتُ عُمَرَ , فَلَمْ يَزِدْ عَلَى رَكْعَتَيْنِ ، ثُمَّ صَحِبْتُ عُثْمَانَ , فَلَمْ يَزِدْ عَلَى رَكْعَتَيْنِ ، حَتَّى قَبَضَهُمُ اللَّهُ ، وَاللَّهُ يَقُولُ : {لَقَدْ كَانَ لَكُمْ فِي رَسُولِ اللهِ أُسْوَةٌ حَسَنَةٌ}.
“İsa ibn Həfs ibn Asim ibn Ömər ibn əl-Xattab atasının ﵁ belə dediyini rəvayət etmişdir: “Bir dəfə biz İbn Ömərlə birlikdə səfərdə idik. Bizə namaz qıldırdı. Biz də onunla birlikdə namazı bitirdik. İbn Ömər qalxıb gedərkən bəzilərinin namaz qıldığını görüb dedi: “Onlar nə edirlər?” Mən dedim: “Sünnə qılırlar”. İbn Ömər dedi: “Əgər mən sünnələri qılsaydım, (fərz) namazları tam qılardım. Ey qardaşım oğlu! Mən səfərdə Allah Elçisinə ﷺ yoldaş olmuşam. Allah onu (bu dünyadan) götürənə qədər o, səfərdə iki rükətdən artıq namaz qılmamışdır. Sonra səfərdə Əbu Bəkrə yoldaş olmuşam. O da səfərdə qılınan iki rükət namaza heç nə əlavə etməyib. Sonra səfərdə Ömərə yoldaş olmuşam. O da səfərdə qılınan iki rükət namaza heç nə əlavə etməyib. Sonra səfərdə Osmana yoldaş olmuşam. O da səfərdə qılınan iki rükət namaza heç nə əlavə etməyib. Allah onları (bu dünyadan) götürənə qədər belə olmuşdur. Allah buyurur: “Allahın Rəsulu sizlərə – Allaha və Axirət gününə ümidini bağlayanlara və Allahı çox zikr edənlərə gözəl nümunədir”. (əl-Əhzab, 21)”.”
İstinad
İbn Məcə, 1071 (İqamətus-salat, 269)
Sunən İbn Məcə — Namazlara başlamaq və onda olan sünnələr