Müsafir bir şəhərdə nə qədər qaldıqda namazlarını qısaldır?
حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا حَاتِمُ بْنُ إِسْمَاعِيلَ ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ حُمَيْدٍ الزُّهْرِيِّ ، قَالَ : سَأَلْتُ السَّائِبَ بْنَ يَزِيدَ , مَاذَا سَمِعْتَ فِي سُكْنَى مَكَّةَ ؟ قَالَ : سَمِعْتُ الْعَلاَءَ بْنَ الْحَضْرَمِيِّ يَقُولُ : قَالَ النَّبِيُّ صَلَّى الله عَليْهِ وسَلَّمَ : ثَلاَثًا لِلْمُهَاجِرِ بَعْدَ الصَّدَرِ.
“Rəvayət edilir ki, Abdur-Rahmən ibn Humeyd əs-Zuhri ﵀ demişdir: “Mən əs-Səib ibn Yəziddən soruşdum: “Məkkədə qalan haqda nə eşitmisən?” O dedi: “Mən əl-Aləə ibn əl-Xadraminin belə dediyini eşitmişəm: “Peyğəmbər ﷺ belə buyurdu: “Hicrət edənə əs-Sadər təvafından sonra üç gün qalmağa rüxsət verilmişdir”.”
İstinad
İbn Məcə, 1073 (İqamətus-salat, 271)
Sunən İbn Məcə — Namazlara başlamaq və onda olan sünnələr