Cümə günü qüsl almamaq haqda hansı üzrlər rəvayət edilmişdir?
حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا أَبُو مُعَاوِيَةَ ، عَنِ الأَعْمَشِ ، عَنْ أَبِي صَالِحٍ ، عَنْ أَبِي هُرَيْرَةَ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : مَنْ تَوَضَّأَ فَأَحْسَنَ الْوُضُوءَ ، ثُمَّ أَتَى الْجُمُعَةَ ، فَدَنَا وَأَنْصَتَ وَاسْتَمَعَ ، غُفِرَ لَهُ مَا بَيْنَهُ وَبَيْنَ الْجُمُعَةِ الأُخْرَى ، وَزِيَادَةُ ثَلاَثَةِ أَيَّامٍ ، وَمَنْ مَسَّ الْحَصَى فَقَدْ لَغَا.
“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kim gözəl şəkildə dəstəmaz alar, sonra məscidə gedər, (imama) yaxın olar, susar və xütbəni dinləyərsə, iki Cümə arasında edilən günahları bağışlanar. Əlavə olaraq, üç günlük günahları da bağışlanar. Xütbə deyilərkən daşlarla oynayan isə boş bir şey etmiş olar”.”
İstinad
İbn Məcə, 1090 (İqamətus-salat, 288)
Sunən İbn Məcə — Namazlara başlamaq və onda olan sünnələr