Namazlara başlamaq və onda olan sünnələr

Cüməyə tez gəlmək haqda nə rəvayət edilmişdir?

حَدَّثَنَا هِشَامُ بْنُ عَمَّارٍ ، وَسَهْلُ بْنُ أَبِي سَهْلٍ ، قَالاَ : حَدَّثَنَا سُفْيَانُ بْنُ عُيَيْنَةَ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ سَعِيدِ بْنِ الْمُسَيَّبِ ، عَنْ أَبِي هُرَيْرَةَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَالَ : إِذَا كَانَ يَوْمُ الْجُمُعَةِ ، كَانَ عَلَى كُلِّ بَابٍ مِنْ أَبْوَابِ الْمَسْجِدِ مَلاَئِكَةٌ يَكْتُبُونَ النَّاسَ عَلَى قَدْرِ مَنَازِلِهِمْ ، الأَوَّلَ فَالأَوَّلَ ، فَإِذَا خَرَجَ الإِمَامُ طَوَوُا الصُّحُفَ ، وَاسْتَمَعُوا الْخُطْبَةَ ، فَالْمُهَجِّرُ إِلَى الصَّلاَةِ كَالْمُهْدِي بَدَنَةً ، ثُمَّ الَّذِي يَلِيهِ كَمُهْدِي بَقَرَةٍ ، ثُمَّ الَّذِي يَلِيهِ كَمُهْدِي كَبْشٍ ، حَتَّى ذَكَرَ الدَّجَاجَةَ وَالْبَيْضَةَ ، زَادَ سَهْلٌ فِي حَدِيثِهِ : فَمَنْ جَاءَ بَعْدَ ذَلِكَ فَإِنَّمَا يَجِيءُ بِحَقٍّ إِلَى الصَّلاَةِ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Cümə günü olduqda məscidin bütün qapılarında mələklər ora daha əvvəl gələnləri sıra ilə qeyd edərlər. İmam minbərə çıxdıqda qeyd etdikləri dəftərləri bağlayıb xütbəyə qulaq asarlar. Namaza ilk gələn dəvə vermiş kimi, sonra gələnlər isə inək, sonra gələnlər qoç vermiş kimi savab qazanarlar”. Hətta toyuq və yumurta (sədəqə verməyi də zikr etdi). Ravi Səhlin hədisindəki əlavədə deyilir: “Bundan (imam minbərə çıxdıqdan) sonra gələnlər isə sadəcə namazın savabını qazanarlar”.”

Əbu Hureyra
Səhih

İstinad

İbn Məcə, 1092 (İqamətus-salat, 290)

Sunən İbn Məcə — Namazlara başlamaq və onda olan sünnələr