Namazlara başlamaq və onda olan sünnələr

Xütbəni susaraq gözəl şəkildə dinləmək haqda nə rəvayət edilmişdir?

حَدَّثَنَا مُحْرِزُ بْنُ سَلَمَةَ الْعَدَنِيُّ ، حَدَّثَنَا عَبْدُ الْعَزِيزِ بْنُ مُحَمَّدٍ الدَّرَاوَرْدِيُّ ، عَنْ شَرِيكِ بْنِ عَبْدِ اللهِ بْنِ أَبِي نَمِرٍ ، عَنْ عَطَاءِ بْنِ يَسَارٍ ، عَنْ أُبَيِّ بْنِ كَعْبٍ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَرَأَ يَوْمَ الْجُمُعَةِ : {تَبَارَكَ} ، وَهُوَ قَائِمٌ ، فَذَكَّرَنَا بِأَيَّامِ اللهِ ، وَأَبُو الدَّرْدَاءِ أَوْ أَبُو ذَرٍّ يَغْمِزُنِي ، فَقَالَ : مَتَى أُنْزِلَتْ هَذِهِ السُّورَةُ ؟ إِنِّي لَمْ أَسْمَعْهَا إِلاَّ الآنَ ، فَأَشَارَ إِلَيْهِ أَنِ اسْكُتْ ، فَلَمَّا انْصَرَفُوا ، قَالَ : سَأَلْتُكَ مَتَى أُنْزِلَتْ هَذِهِ السُّورَةُ فَلَمْ تُخْبِرْنِي ؟ فَقَالَ أُبَيٌّ : لَيْسَ لَكَ مِنْ صَلاَتِكَ الْيَوْمَ إِلاَّ مَا لَغَوْتَ ، فَذَهَبَ إِلَى رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ فَذَكَرَ ذَلِكَ لَهُ ، وَأَخْبَرَهُ بِالَّذِي قَالَ أُبَيٌّ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : صَدَقَ أُبَيٌّ.

“Ubey ibn Kəb ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ Cümə günü “əl-Mulk” surəsini ayaq üstə dayanaraq oxudu. Sonra Allahın günlərindən bəhs etdi. Əbu əd-Dərdə və ya Əbu Zərr məni dümsükləyərək dedi: “Bu surə nə vaxt nazil edilib? Mən bunu indiyə kimi eşitməmişdim”. Ubey ona susması üçün işarə etdi. Cümə namazı qurtardıqdan sonra sual verən dedi: “Sənə “bu surə nə vaxt nazil oldu?” dedim, lakin sən bir şey demədin”. Ubey dedi: “Bu gün qıldığın namazdan qazanacağın savabı bu sual ilə əldən verdin”. O, Allah Elçisinin ﷺ yanına gedib olanları ona xəbər verdi. Allah Elçisi ﷺ buyurdu: “Ubey doğru söyləyib”.”

Ubey ibn Kəb
Səhih

İstinad

İbn Məcə, 1111 (İqamətus-salat, 309)

Sunən İbn Məcə — Namazlara başlamaq və onda olan sünnələr