Namazlara başlamaq və onda olan sünnələr

İmam xütbə deyərkən məscidə daxil olan haqda nə rəvayət edilmişdir?

حَدَّثَنَا هِشَامُ بْنُ عَمَّارٍ ، حَدَّثَنَا سُفْيَانُ بْنُ عُيَيْنَةَ ، عَنْ عَمْرِو بْنِ دِينَارٍ ، سَمِعَ جَابِرًا ، وَأَبُو الزُّبَيْرِ ، سَمِعَ جَابِرَ بْنَ عَبْدِ اللهِ ، قَالَ : دَخَلَ سُلَيْكٌ الْغَطَفَانِيُّ الْمَسْجِدَ وَالنَّبِيُّ صَلَّى الله عَليْهِ وسَلَّمَ يَخْطُبُ ، فَقَالَ : أَصَلَّيْتَ ؟ قَالَ : لاَ ، قَالَ : فَصَلِّ رَكْعَتَيْنِ. وَأَمَّا عَمْرٌو , فَلَمْ يَذْكُرْ سُلَيْكًا.

“Rəvayət edilir ki, Cabir ibn Abdullah ﵄ demişdir: “Peyğəmbər ﷺ xütbə deyərkən Suleyk əl-Ğatafani məscidə daxil oldu. Peyğəmbər ﷺ dedi: “Sən namaz qıldınmı?” O dedi: “Xeyr”. Peyğəmbər ﷺ dedi: “İki rükət namaz qıl!””

Cabir ibn Abdullah
Səhih

İstinad

İbn Məcə, 1112 (İqamətus-salat, 310)

Sunən İbn Məcə — Namazlara başlamaq və onda olan sünnələr