Namazlara başlamaq və onda olan sünnələr

İmam xütbə deyərkən məscidə daxil olan haqda nə rəvayət edilmişdir?

حَدَّثَنَا مُحَمَّدُ بْنُ الصَّبَّاحِ ، أَخْبَرَنَا سُفْيَانُ بْنُ عُيَيْنَةَ ، عَنِ ابْنِ عَجْلاَنَ ، عَنْ عِيَاضِ بْنِ عَبْدِ اللهِ ، عَنْ أَبِي سَعِيدٍ ، قَالَ : جَاءَ رَجُلٌ وَالنَّبِيُّ صَلَّى الله عَليْهِ وسَلَّمَ يَخْطُبُ ، فَقَالَ : أَصَلَّيْتَ ؟ قَالَ : لاَ ، قَالَ : فَصَلِّ رَكْعَتَيْنِ.

“Rəvayət edilir ki, Əbu Səid ﵁ demişdir: “Peyğəmbər ﷺ xütbə deyərkən bir kişi gəldi. Peyğəmbər ﷺ dedi: “Sən namaz qıldınmı?” O dedi: “Xeyr”. Peyğəmbər ﷺ dedi: “İki rükət namaz qıl!””

Əbu Səid
Səhih

İstinad

İbn Məcə, 1113 (İqamətus-salat, 311)

Sunən İbn Məcə — Namazlara başlamaq və onda olan sünnələr