Cümə günü insanların arasından qabağa keçməyin qadağan olunması haqda nə rəvayət edilmişdir?
حَدَّثَنَا أَبُو كُرَيْبٍ ، حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ الْمُحَارِبِيُّ ، عَنْ إِسْمَاعِيلَ بْنِ مُسْلِمٍ ، عَنِ الْحَسَنِ ، عَنْ جَابِرِ بْنِ عَبْدِ اللهِ ، أَنَّ رَجُلاً دَخَلَ الْمَسْجِدَ يَوْمَ الْجُمُعَةِ ، وَرَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ يَخْطُبُ ، فَجَعَلَ يَتَخَطَّى النَّاسَ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : اجْلِسْ ، فَقَدْ آذَيْتَ وَآنَيْتَ.
“Cabir ibn Abdullah ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ xütbə deyərkən bir kişi məscidə daxil oldu və insanların arasından qabağa keçməyə çalışdı. Allah Elçisi ﷺ dedi: “Otur! Həm əziyyət verdin, həm də gecikdin!””
İstinad
İbn Məcə, 1115 (İqamətus-salat, 313)
Sunən İbn Məcə — Namazlara başlamaq və onda olan sünnələr