Cümə namazının qiraətində nəyin oxunması haqda nə rəvayət edilmişdir?
حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا حَاتِمُ بْنُ إِسْمَاعِيلَ الْمَدَنِيُّ ، عَنْ جَعْفَرِ بْنِ مُحَمَّدٍ ، عَنْ أَبِيهِ ، عَنْ عُبَيْدِ اللهِ بْنِ أَبِي رَافِعٍ ، قَالَ : اسْتَخْلَفَ مَرْوَانُ أَبَا هُرَيْرَةَ عَلَى الْمَدِينَةِ , فَخَرَجَ إِلَى مَكَّةَ , فَصَلَّى بِنَا أَبُو هُرَيْرَةَ يَوْمَ الْجُمُعَةِ , فَقَرَأَ بِسُورَةِ الْجُمُعَةِ فِي السَّجْدَةِ الأُولَى ، وَفِي الآخِرَةِ : {إِذَا جَاءَكَ الْمُنَافِقُونَ}. قَالَ عُبَيْدُ اللهِ : فَأَدْرَكْتُ أَبَا هُرَيْرَةَ حِينَ انْصَرَفَ , فَقُلْتُ لَهُ : إِنَّكَ قَرَأْتَ بِسُورَتَيْنِ كَانَ عَلِيٌّ يَقْرَأُ بِهِمَا بِالْكُوفَةِ ، فَقَالَ أَبُو هُرَيْرَةَ : إِنِّي سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ يَقْرَأُ بِهِمَا.
“Rəvayət edilir ki, Ubeydullah ibn Əbu Rafi ﵀ demişdir: “Mərvan Əbu Hureyranı Mədinəyə öz yerinə təyin edib Məkkəyə getmişdi. Əbu Hureyra bizə Cümə namazını qıldırdı. Birinci rükətdə “əl-Cumuə” surəsini, ikinci rükətdə isə “əl-Munafiqun” surəsini oxudu”. Ubeydullah deyir: “Əbu Hureyra namazı bitirdikdən sonra ona dedim: “Sən də Əlinin Kufədə olarkən oxuduğu iki surəni oxudun”. Əbu Hureyra dedi: “Həqiqətən, mən Allah Elçisinin ﷺ bunları oxuduğunu eşitmişəm”.”
İstinad
İbn Məcə, 1118 (İqamətus-salat, 316)
Sunən İbn Məcə — Namazlara başlamaq və onda olan sünnələr