Namazlara başlamaq və onda olan sünnələr

Cümə günü duaların qəbul olunduğu saat haqda nə rəvayət edilmişdir?

حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ بْنُ إِبْرَاهِيمَ الدِّمَشْقِيُّ ، حَدَّثَنَا ابْنُ أَبِي فُدَيْكٍ ، عَنِ الضَّحَّاكِ بْنِ عُثْمَانَ ، عَنْ أَبِي النَّضْرِ ، عَنْ أَبِي سَلَمَةَ ، عَنْ عَبْدِ اللهِ بْنِ سَلاَمٍ ، قَالَ : قُلْتُ وَرَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ جَالِسٌ : إِنَّا لَنَجِدُ فِي كِتَابِ اللهِ : فِي يَوْمِ الْجُمُعَةِ سَاعَةٌ لاَ يُوَافِقُهَا عَبْدٌ مُؤْمِنٌ يُصَلِّي يَسْأَلُ اللَّهَ فِيهَا شَيْئًا , إِلاَّ قَضَى لَهُ حَاجَتَهُ , قَالَ عَبْدُ اللهِ : فَأَشَارَ إِلَيَّ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : أَوْ بَعْضُ سَاعَةٍ ، فَقُلْتُ : صَدَقْتَ ، أَوْ بَعْضُ سَاعَةٍ. قُلْتُ : أَيُّ سَاعَةٍ هِيَ ؟ قَالَ : آخِرُ سَاعَاتِ النَّهَارِ , قُلْتُ : إِنَّهَا لَيْسَتْ سَاعَةَ صَلاَةٍ ، قَالَ : بَلَى , إِنَّ الْعَبْدَ الْمُؤْمِنَ إِذَا صَلَّى ثُمَّ جَلَسَ ، لاَ يَحْبِسُهُ إِلاَّ الصَّلاَةُ ، فَهُوَ فِي صَلاَةٍ.

“Rəvayət edilir ki, Abdullah ibn Səlam ﵁ demişdir: “Allah Elçisi ﷺ oturmuşdu və mən dedim: “Biz Allahın Kitabı (olan Tövratda) bunu tapmışıq: Cümə günü elə bir vaxt var ki, ona müvafiq olaraq namaz qılıb Allahdan bir şey istəyən hər bir mömin bəndənin istədiyini Allah mütləq verər”. Abdullah dedi: “Allah Elçisi ﷺ mənə işarə edərək dedi: “Yaxud saatın bir parçasıdır”. Mən də: “Düz dedin, saatın bir parçasıdır”. Sonra mən dedim: “O saat hansıdır?” Peyğəmbər buyurdu: “Bu, günün son saatıdır”. Mən dedim: “Axı o, namaz vaxtı deyil”. Peyğəmbər ﷺ buyurdu: “Düzdür, amma bir mömin bəndə namaz qılar, sonra növbəti namazı qılmaq üçün oturarsa, o, namazda olmuş sayılır”.”

Abdullah ibn Səlam
Səhih

İstinad

İbn Məcə, 1139 (İqamətus-salat, 337)

Sunən İbn Məcə — Namazlara başlamaq və onda olan sünnələr