On iki rükət sünnə haqda nə rəvayət edilmişdir?
حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا إِسْحَاقُ بْنُ سُلَيْمَانَ الرَّازِيُّ ، عَنْ مُغِيرَةَ بْنِ زِيَادٍ ، عَنْ عَطَاءٍ ، عَنْ عَائِشَةَ ، قَالَتْ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : مَنْ ثَابَرَ عَلَى ثِنْتَيْ عَشْرَةَ رَكْعَةً مِنَ السُّنَّةِ ، بُنِيَ لَهُ بَيْتٌ فِي الْجَنَّةِ ، أَرْبَعٍ قَبْلَ الظُّهْرِ ، وَرَكْعَتَيْنِ بَعْدَ الظُّهْرِ ، وَرَكْعَتَيْنِ بَعْدَ الْمَغْرِبِ ، وَرَكْعَتَيْنِ بَعْدَ الْعِشَاءِ ، وَرَكْعَتَيْنِ قَبْلَ الْفَجْرِ.
“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kim gün ərzində sünnədən olan on iki rükət namazı davamiyyətli qılarsa, Cənnətdə onun üçün bir ev tikilər; dörd rükət Zöhrdən əvvəl, iki rükət Zöhrdən sonra, iki rükət Məğribdən sonra, iki rükət İşadan sonra və iki rükət də Sübh namazından əvvəl”.”
İstinad
İbn Məcə, 1140 (İqamətus-salat, 338)
Sunən İbn Məcə — Namazlara başlamaq və onda olan sünnələr