Namazlara başlamaq və onda olan sünnələr

Sübh namazından qabaq olan iki rükət sünnəni ötürənin bunu nə zaman qılması haqda nə rəvayət edilmişdir?

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ نُمَيْرٍ ، حَدَّثَنَا سَعْدُ بْنُ سَعِيدٍ , حَدَّثَنِي مُحَمَّدُ بْنُ إِبْرَاهِيمَ ، عَنْ قَيْسِ بْنِ عَمْرٍو ، قَالَ : رَأَى النَّبِيُّ صَلَّى الله عَليْهِ وسَلَّمَ رَجُلاً يُصَلِّي بَعْدَ صَلاَةِ الصُّبْحِ رَكْعَتَيْنِ ، فَقَالَ النَّبِيُّ صَلَّى الله عَليْهِ وسَلَّمَ : أَصَلاَةَ الصُّبْحِ مَرَّتَيْنِ ؟ فَقَالَ لَهُ الرَّجُلُ : إِنِّي لَمْ أَكُنْ صَلَّيْتُ الرَّكْعَتَيْنِ اللَّتَيْنِ قَبْلَهَا ، فَصَلَّيْتُهُمَا , قَالَ : فَسَكَتَ النَّبِيُّ صَلَّى الله عَليْهِ وسَلَّمَ.

“Rəvayət edilir ki, Qeys ibn Amr ﵁ demişdir: “Bir dəfə Peyğəmbər ﷺ Sübh namazından sonra namaz qılan bir kişini gördü, ona dedi: “Sübh namazını iki dəfə qılırsan?” Kişi ona dedi: “Mən Sübh namazından qabaq olan iki rükət sünnəni qılmadığıma görə onu indi qılıram”. Ravi deyir: “Peyğəmbər ﷺ bu cavabdan sonra heç nə demədi”.”

Qeys ibn Amr
Səhih

İstinad

İbn Məcə, 1154 (İqamətus-salat, 352)

Sunən İbn Məcə — Namazlara başlamaq və onda olan sünnələr