Sübh namazından qabaq olan iki rükət sünnəni ötürənin bunu nə zaman qılması haqda nə rəvayət edilmişdir?
حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ بْنُ إِبْرَاهِيمَ ، وَيَعْقُوبُ بْنُ حُمَيْدِ بْنِ كَاسِبٍ ، قَالاَ : حَدَّثَنَا مَرْوَانُ بْنُ مُعَاوِيَةَ ، عَنْ يَزِيدَ بْنِ كَيْسَانَ ، عَنْ أَبِي حَازِمٍ ، عَنْ أَبِي هُرَيْرَةَ ، أَنَّ النَّبِيَّ صَلَّى الله عَليْهِ وسَلَّمَ نَامَ عَنْ رَكْعَتَيِ الْفَجْرِ ، فَقَضَاهُمَا بَعْدَ مَا طَلَعَتِ الشَّمْسُ.
“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ yuxuya getmiş və Sübh namazının iki rükət sünnəsini günəş çıxdıqdan sonra qılmışdır.”
Əbu Hureyra
Səhihİstinad
İbn Məcə, 1155 (İqamətus-salat, 353)
Sunən İbn Məcə — Namazlara başlamaq və onda olan sünnələr