Namazlara başlamaq və onda olan sünnələr

Zöhr namazından qabaq qılınan dörd rükət

حَدَّثَنَا عَلِيُّ بْنُ مُحَمَّدٍ ، حَدَّثَنَا وَكِيعٌ ، عَنْ عُبَيْدَةَ بْنِ مُعَتِّبٍ الضَّبِّيِّ ، عَنْ إِبْرَاهِيمَ ، عَنْ سَهْمِ بْنِ مِنْجَابٍ ، عَنْ قَزَعَةَ ، عَنْ قَرْثَعٍ ، عَنْ أَبِي أَيُّوبَ ، أَنَّ النَّبِيَّ صَلَّى الله عَليْهِ وسَلَّمَ كَانَ يُصَلِّي قَبْلَ الظُّهْرِ أَرْبَعًا إِذَا زَالَتِ الشَّمْسُ ، لاَ يَفْصِلُ بَيْنَهُنَّ بِتَسْلِيمٍ ، وَقَالَ : إِنَّ أَبْوَابَ السَّمَاءِ تُفْتَحُ إِذَا زَالَتِ الشَّمْسُ.

“Əbu Əyyub ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ günəş zeniti keçdikdə Zöhr namazından qabaq dörd rükət namaz qılar, onları salamla ayırmaz (dördüncü rükətin sonunda salam verər) və buyurardı: “Həqiqətən, günəş zeniti keçdikdə səmanın qapıları açılır”.”

Əbu Əyyub
Səhih

İstinad

İbn Məcə, 1157 (İqamətus-salat, 355)

Sunən İbn Məcə — Namazlara başlamaq və onda olan sünnələr