Namazlara başlamaq və onda olan sünnələr

Vitr namazının bir rükət qılınması haqda nə rəvayət edilmişdir?

حَدَّثَنَا أَحْمَدُ بْنُ عَبْدَةَ ، حَدَّثَنَا حَمَّادُ بْنُ زَيْدٍ ، عَنْ أَنَسِ بْنِ سِيرِينَ ، عَنِ ابْنِ عُمَرَ ، قَالَ : كَانَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ يُصَلِّي مِنَ اللَّيْلِ مَثْنَى مَثْنَى ، وَيُوتِرُ بِرَكْعَةٍ.

“Rəvayət edilir ki, İbn Ömər ﵄ demişdir: “Allah Elçisi ﷺ gecə namazlarını cüt-cüt, sonda Vitr namazını tək rükət olaraq qılardı”.”

İbn Ömər
Səhih

İstinad

İbn Məcə, 1174 (İqamətus-salat, 372)

Sunən İbn Məcə — Namazlara başlamaq və onda olan sünnələr