Namazlara başlamaq və onda olan sünnələr

Vitr namazının bir rükət qılınması haqda nə rəvayət edilmişdir?

حَدَّثَنَا مُحَمَّدُ بْنُ عَبْدِ الْمَلِكِ بْنِ أَبِي الشَّوَارِبِ ، حَدَّثَنَا عَبْدُ الْوَاحِدِ بْنُ زِيَادٍ ، حَدَّثَنَا عَاصِمٌ ، عَنْ أَبِي مِجْلَزٍ ، عَنِ ابْنِ عُمَرَ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : صَلاَةُ اللَّيْلِ مَثْنَى مَثْنَى ، وَالْوِتْرُ رَكْعَةٌ ، قُلْتُ : أَرَأَيْتَ إِنْ غَلَبَتْنِي عَيْنِي ، أَرَأَيْتَ إِنْ نِمْتُ ؟ قَالَ : اجْعَلْ أَرَأَيْتَ عِنْدَ ذَاكَ النَّجْمِ ، فَرَفَعْتُ رَأْسِي ، فَإِذَا السِّمَاكُ ، ثُمَّ أَعَادَ , فَقَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : صَلاَةُ اللَّيْلِ مَثْنَى مَثْنَى ، وَالْوِتْرُ رَكْعَةٌ قَبْلَ الصُّبْحِ.

“Rəvayət edilir ki, İbn Ömər ﵄ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Gecə namazlarını cüt-cüt, Vitr namazı isə tək rükət olaraq qılınır”. Mən dedim: “Yuxudan gözümü aça bilməyib yatıb qalsam, nə etməliyəm?” O dedi: “Vitr namazını bu ulduz görsənəndə qılarsan”. Mən başımı qaldırıb “əs-Simək” deyilən ulduzu gördüm. Sonra Allah Elçisi ﷺ buyurdu: “Gecə namazlarını cüt-cüt, Vitr namazı isə tək rükət olaraq Sübh namazından qabaq qılınır”.”

İbn Ömər
Səhih

İstinad

İbn Məcə, 1175 (İqamətus-salat, 373)

Sunən İbn Məcə — Namazlara başlamaq və onda olan sünnələr