Namazlara başlamaq və onda olan sünnələr

Vitr namazını gecənin əvvəlində qılmaq haqda nə rəvayət edilmişdir?

حَدَّثَنَا أَبُو دَاوُدَ سُلَيْمَانُ بْنُ تَوْبَةَ ، حَدَّثَنَا يَحْيَى بْنُ أَبِي بُكَيْرٍ ، حَدَّثَنَا زَائِدَةُ ، عَنْ عَبْدِ اللهِ بْنِ مُحَمَّدِ بْنِ عَقِيلٍ ، عَنْ جَابِرِ بْنِ عَبْدِ اللهِ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ لأَبِي بَكْرٍ : أَيَّ حِينٍ تُوتِرُ ؟ قَالَ : أَوَّلَ اللَّيْلِ ، بَعْدَ الْعَتَمَةِ ، قَالَ : فَأَنَتَ يَا عُمَرُ ؟ فَقَالَ : آخِرَ اللَّيْلِ ، فَقَالَ النَّبِيُّ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، أَمَّا أَنْتَ يَا أَبَا بَكْرٍ ، فَأَخَذْتَ بِالْوُثْقَى ، وَأَمَّا أَنْتَ يَا عُمَرُ ، فَأَخَذْتَ بِالْقُوَّةِ.

“Rəvayət edilir ki, Cabir ibn Abdullah ﵄ demişdir: “Allah Elçisi ﷺ Əbu Bəkrə dedi: “Sən Vitri nə vaxt qılırsan?” Əbu Bəkr dedi: “İşa namazından sonra gecənin əvvəlində”. Allah Elçisi ﷺ dedi: “Bəs sən, ey Ömər?” Ömər dedi: “Gecənin axırında”. Peyğəmbər ﷺ buyurdu: “Sənə gəlincə, ey Əbu Bəkr, sən tədbirli davranmısan. Ey Ömər, sənə gəlincə, sən güc tələb edəni seçmisən”.”

Cabir ibn Abdullah
Səhih

İstinad

İbn Məcə, 1202 (İqamətus-salat, 400)

Sunən İbn Məcə — Namazlara başlamaq və onda olan sünnələr