Namazda olan səhv
حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ عَامِرِ بْنِ زُرَارَةَ ، حَدَّثَنَا عَلِيُّ بْنُ مُسْهِرٍ ، عَنِ الأَعْمَشِ ، عَنْ إِبْرَاهِيمَ ، عَنْ عَلْقَمَةَ ، عَنْ عَبْدِ اللهِ ، قَالَ : صَلَّى رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ , فَزَادَ أَوْ نَقَصَ ، قَالَ إِبْرَاهِيمُ : وَالْوَهْمُ مِنِّي ، فَقِيلَ لَهُ : يَا رَسُولَ اللهِ ، أَزِيدَ فِي الصَّلاَةِ شَيْءٌ ؟ قَالَ : إِنَّمَا أَنَا بَشَرٌ ، أَنْسَى كَمَا تَنْسَوْنَ ، فَإِذَا نَسِيَ أَحَدُكُمْ , فَلْيَسْجُدْ سَجْدَتَيْنِ وَهُوَ جَالِسٌ , ثُمَّ تَحَوَّلَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ فَسَجَدَ سَجْدَتَيْنِ.
“Rəvayət edilir ki, Abdullah ﵁ demişdir: “Allah Elçisi ﷺ namaz qıldırdıqda namazda “artıqlıq” və ya “əskiklik” etmişdi”. Ravi İbrahim dedi: “Bu (sözlərdə olan) şübhə məndəndir”. Allah Elçisinə ﷺ deyildi: “Ey Allahın Elçisi, namaz artırıldımı?” O buyurdu: “Həqiqətən, mən bəşərəm. Sizin unutduğunuz kimi mən də unuda bilərəm. Biriniz namazda nəyisə unudub çaşsa, oturduğu yerdə iki dəfə səcdə etsin”. Sonra qibləyə dönərək iki dəfə səcdə etdi”.”
İstinad
İbn Məcə, 1203 (İqamətus-salat, 401)
Sunən İbn Məcə — Namazlara başlamaq və onda olan sünnələr