Namazda şübhə etdikdə yəqin olaraq bildiyin yerə qayıtmaq haqda nə rəvayət edilmişdir?
حَدَّثَنَا أَبُو كُرَيْبٍ ، حَدَّثَنَا أَبُو خَالِدٍ الأَحْمَرُ ، عَنِ ابْنِ عَجْلاَنَ ، عَنْ زَيْدِ بْنِ أَسْلَمَ ، عَنْ عَطَاءِ بْنِ يَسَارٍ ، عَنْ أَبِي سَعِيدٍ الْخُدْرِيِّ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : إِذَا شَكَّ أَحَدُكُمْ فِي صَلاَتِهِ , فَلْيُلْغِ الشَّكَّ وَلْيَبْنِ عَلَى الْيَقِينِ ، فَإِذَا اسْتَيْقَنَ التَّمَامَ سَجَدَ سَجْدَتَيْنِ ، فَإِنْ كَانَتْ صَلاَتُهُ تَامَّةً ، كَانَتِ الرَّكْعَةُ نَافِلَةً ، وَإِنْ كَانَتْ نَاقِصَةً ، كَانَتِ الرَّكْعَةُ لِتَمَامِ صَلاَتِهِ ، وَكَانَتِ السَّجْدَتَانِ رَغْمَ أَنْفِ الشَّيْطَانِ.
“Rəvayət edilir ki, Əbu Səid əl-Xudri ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Biriniz namazında neçə rükət qılması haqda şübhə edərsə, şübhəni tərk edib yəqin bildiyi rükət üzərində namazını tamamlasın. Namazını tamamladığını yəqin etdiyi vaxt iki dəfə səcdə etsin. Əgər namazı düz idisə, bir rükət onun üçün nafilə olar. Əgər namazı əskik idisə, həmin bir rükət onun namazını tamamlamış olar. Etdiyi iki səcdə isə şeytanın burnunun yerə sürtülməsi üçün olar”.”
İstinad
İbn Məcə, 1210 (İqamətus-salat, 408)
Sunən İbn Məcə — Namazlara başlamaq və onda olan sünnələr