Namazda şübhə etdikdə doğru olanın seçilməsi haqda nə rəvayət edilmişdir?
حَدَّثَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ ، حَدَّثَنَا مُحَمَّدُ بْنُ جَعْفَرٍ ، حَدَّثَنَا شُعْبَةُ ، عَنْ مَنْصُورٍ ، قَالَ شُعْبَةُ : كَتَبَ إِلَيَّ وَقَرَأْتُهُ عَلَيْهِ ، قَالَ : أَخْبَرَنِي إِبْرَاهِيمُ ، عَنْ عَلْقَمَةَ ، عَنْ عَبْدِ اللهِ , قَالَ : صَلَّى رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ صَلاَةً , لاَ نَدْرِي أَزَادَ أَوْ نَقَصَ , فَسَأَلَ ، فَحَدَّثْنَاهُ , فَثَنَى رِجْلَهُ ، وَاسْتَقْبَلَ الْقِبْلَةَ ، وَسَجَدَ سَجْدَتَيْنِ ، ثُمَّ سَلَّمَ ، ثُمَّ أَقْبَلَ عَلَيْنَا بِوَجْهِهِ ، فَقَالَ : لَوْ حَدَثَ فِي الصَّلاَةِ شَيْءٌ لأَنْبَأْتُكُمُوهُ ، وَإِنَّمَا أَنَا بَشَرٌ أَنْسَى كَمَا تَنْسَوْنَ ، فَإِذَا نَسِيتُ فَذَكِّرُونِي ، وَأَيُّكُمْ مَا شَكَّ فِي الصَّلاَةِ , فَلْيَتَحَرَّ أَقْرَبَ ذَلِكَ مِنَ الصَّوَابِ ، فَيُتِمَّ عَلَيْهِ , وَيُسَلِّمْ وَيَسْجُدْ سَجْدَتَيْنِ.
“Rəvayət edilir ki, Abdullah ﵁ demişdir: “Allah Elçisi ﷺ namaz qıldırdıqda bilmirəm, artırdı yoxsa qısaltdı. O bizdən soruşduqda olanları ona xəbər verdik. Qibləyə tərəf çevrilib ayaqlarını bükdü və iki dəfə səcdə etdi. Sonra salam verdi və üzünü bizə tərəf çevirib belə buyurdu: “Əgər namaza nəsə artırılsaydı, bunu sizə deyərdim. Həqiqətən, mən bəşərəm və sizin unutduğunuz kimi mən də unuduram. Əgər nəyisə unutsam, bunu mənə xatırladın. Biriniz nə qədər namaz qıldığını bilməz və şübhəyə düşərsə, qoy hansının düz olmasını aydınlaşdırsın və onu tamamlasın. Sonra da salam verib iki dəfə səcdə etsin”.”
İstinad
İbn Məcə, 1211 (İqamətus-salat, 409)
Sunən İbn Məcə — Namazlara başlamaq və onda olan sünnələr