Namazlara başlamaq və onda olan sünnələr

Namazda şübhə etdikdə doğru olanın seçilməsi haqda nə rəvayət edilmişdir?

حَدَّثَنَا عَلِيُّ بْنُ مُحَمَّدٍ ، حَدَّثَنَا وَكِيعٌ ، عَنْ مِسْعَرٍ ، عَنْ مَنْصُورٍ ، عَنْ إِبْرَاهِيمَ ، عَنْ عَلْقَمَةَ ، عَنْ عَبْدِ اللهِ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : إِذَا شَكَّ أَحَدُكُمْ فِي الصَّلاَةِ ، فَلْيَتَحَرَّ الصَّوَابَ ، ثُمَّ يَسْجُدْ سَجْدَتَيْنِ. قَالَ الطَّنَافِسِيُّ : هَذَا الأَصْلُ , وَلاَ يَقْدِرُ أَحَدٌ يَرُدُّهُ.

“Rəvayət edilir ki, Abdullah ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Biriniz namazda nə qədər qılması haqda şübhə edərsə, qoy hansının düz olmasını aydınlaşdırsın, sonra iki dəfə səcdə etsin”.”

Abdullah
Səhih

İstinad

İbn Məcə, 1212 (İqamətus-salat, 410)

Sunən İbn Məcə — Namazlara başlamaq və onda olan sünnələr