Namazda ikinci və ya üçüncü rükətdə səhv edərək salam verən nə etməlidir?
حَدَّثَنَا عَلِيُّ بْنُ مُحَمَّدٍ ، وَأَبُو كُرَيْبٍ ، وَأَحْمَدُ بْنُ سِنَانٍ ، قَالُوا : حَدَّثَنَا أَبُو أُسَامَةَ ، عَنْ عُبَيْدِ اللهِ بْنِ عُمَرَ ، عَنْ نَافِعٍ ، عَنِ ابْنِ عُمَرَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ سَهَا , فَسَلَّمَ فِي الرَّكْعَتَيْنِ ، فَقَالَ لَهُ رَجُلٌ , يُقَالُ لَهُ : ذُو الْيَدَيْنِ : يَا رَسُولَ اللهِ ، أَقَصُرَتْ أَوْ نَسِيتَ ؟ قَالَ : مَا قَصُرَتْ وَمَا نَسِيتُ , قَالَ : إِذًا ، فَصَلَّيْتَ رَكْعَتَيْنِ ، قَالَ : أَكَمَا يَقُولُ ذُو الْيَدَيْنِ ؟ قَالُوا : نَعَمْ ، فَتَقَدَّمَ , فَصَلَّى رَكْعَتَيْنِ ثُمَّ سَلَّمَ ، ثُمَّ سَجَدَ سَجْدَتَيِ السَّهْوِ.
“İbn Ömər ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ (dörd rükətli namazın) ikinci rükətində salam verdi. Zul-Yədeyn adlı bir kişi ona dedi: “Ey Allahın Elçisi, namaz qısaldı, yoxsa sən unutdun?” O dedi: “Nə namaz qısaldı, nə də mən unutdum”. Zul-Yədeyn dedi: “Bəs onda nəyə görə iki rükət qıldın?” Allah Elçisi ﷺ dedi: “Zul-Yədeynin dediyi kimidirmi?” Səhabələr: “Bəli!” dedilər. Belə olduqda Allah Elçisi önə keçərək iki rükət namaz qıldı, sonra salam verdi, sonra da iki dəfə səhv səcdəsi etdi.”
İstinad
İbn Məcə, 1213 (İqamətus-salat, 411)
Sunən İbn Məcə — Namazlara başlamaq və onda olan sünnələr