Namazlara başlamaq və onda olan sünnələr

Namazda ikinci və ya üçüncü rükətdə səhv edərək salam verən nə etməlidir?

حَدَّثَنَا عَلِيُّ بْنُ مُحَمَّدٍ ، حَدَّثَنَا أَبُو أُسَامَةَ ، عَنِ ابْنِ عَوْنٍ ، عَنِ ابْنِ سِيرِينَ ، عَنْ أَبِي هُرَيْرَةَ ، قَالَ : صَلَّى بِنَا رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ إِحْدَى صَلاَتَيِ الْعَشِيِّ رَكْعَتَيْنِ ، ثُمَّ سَلَّمَ ، ثُمَّ قَامَ إِلَى خَشَبَةٍ كَانَتْ فِي الْمَسْجِدِ يَسْتَنِدُ إِلَيْهَا ، فَخَرَجَ سَرَعَانُ النَّاسِ , يَقُولُونَ : قَصُرَتِ الصَّلاَةُ ، وَفِي الْقَوْمِ أَبُو بَكْرٍ وَعُمَرُ ، فَهَابَاهُ أَنْ يَقُولاَ لَهُ شَيْئًا , وَفِي الْقَوْمِ رَجُلٌ طَوِيلُ الْيَدَيْنِ ، يُسَمَّى ذَا الْيَدَيْنِ ، فَقَالَ : يَا رَسُولَ اللهِ ، أَقَصُرَتِ الصَّلاَةُ أَمْ نَسِيتَ ، فَقَالَ : لَمْ تَقْصُرْ وَلَمْ أَنْسَ , قَالَ : فَإِنَّمَا صَلَّيْتَ رَكْعَتَيْنِ ، فَقَالَ : أَكَمَا يَقُولُ ذُو الْيَدَيْنِ ؟ قَالُوا : نَعَمْ ، قَالَ : فَقَامَ فَصَلَّى رَكْعَتَيْنِ ، ثُمَّ سَلَّمَ ، ثُمَّ سَجَدَ سَجْدَتَيْنِ ، ثُمَّ سَلَّمَ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ bizə namaz qıldırdıqda dörd rükətli namazı iki rükət olaraq qıldırdı, sonra da salam verdi. Sonra qalxıb xütbə demək üçün məsciddə olan kötüyə söykəndi. İnsanlar tələsərək məsciddən çıxaraq: “Namaz qısaldı!” dedilər. Əbu Bəkr və Ömər camaatın arasında idi, lakin onlar Peyğəmbərə ﷺ bir şey deməkdən çəkindilər. Camaatın arasında uzun əlləri ilə seçilən Zul-Yədeyn adlı bir kişi dedi: “Ey Allahın Elçisi, namaz qısaldı, yoxsa sən unutdun?” O dedi: “Nə namaz qısaldı, nə də mən unutdum”. Zul-Yədeyn dedi: “Axı namazı iki rükət qıldın”. Allah Elçisi ﷺ dedi: “Zul-Yədeynin dediyi kimidirmi?” Səhabələr: “Bəli!” dedilər. Allah Elçisi ﷺ durdu və iki rükət namaz qıldı, sonra salam verdi. Daha sonra iki dəfə səcdə etdi və yenə salam verdi”.”

Əbu Hureyra
Səhih

İstinad

İbn Məcə, 1214 (İqamətus-salat, 412)

Sunən İbn Məcə — Namazlara başlamaq və onda olan sünnələr