Namazda ikinci və ya üçüncü rükətdə səhv edərək salam verən nə etməlidir?
حَدَّثَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى ، وَأَحْمَدُ بْنُ ثَابِتٍ الْجَحْدَرِيُّ ، حَدَّثَنَا عَبْدُ الْوَهَّابِ ، حَدَّثَنَا خَالِدٌ الْحَذَّاءُ ، عَنْ أَبِي قِلاَبَةَ ، عَنْ أَبِي الْمُهَلَّبِ ، عَنْ عِمْرَانَ بْنِ الْحُصَيْنِ ، قَالَ : سَلَّمَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ فِي ثَلاَثِ رَكَعَاتٍ مِنَ الْعَصْرِ ، ثُمَّ قَامَ فَدَخَلَ الْحُجْرَةَ , فَقَامَ الْخِرْبَاقُ ، رَجُلٌ بَسِيطُ الْيَدَيْنِ ، فَنَادَى : يَا رَسُولَ اللهِ ، أَقَصُرَتِ الصَّلاَةُ ؟ فَخَرَجَ مُغْضَبًا يَجُرُّ إِزَارَهُ , فَسَأَلَ ، فَأُخْبِرَ ، فَصَلَّى تِلْكَ الرَّكْعَةَ الَّتِي كَانَ تَرَكَ ، ثُمَّ سَلَّمَ ، ثُمَّ سَجَدَ سَجْدَتَيْنِ , ثُمَّ سَلَّمَ.
“Rəvayət edilir ki, İmran ibn əl-Husayn ﵁ demişdir: “Bir dəfə Allah Elçisi ﷺ Əsr namazını üç rükət qıldı və ayağa durub otağına girdi. Əlləri uzun olan əl-Xirbaq adlı bir kişi ayağa durub səsləndi: “Ey Allahın Elçisi, namaz qısaldımı?” Allah Elçisi ﷺ qəzəbli halda izarını sürüyərək otağından çıxdı və nə baş verdiyi haqda soruşdu. Ona olanları xəbər verdikdə qılmadığı rükəti qıldı və salam verdi. Sonra iki dəfə səcdə etdi və yenə salam verdi”.”
İstinad
İbn Məcə, 1215 (İqamətus-salat, 413)
Sunən İbn Məcə — Namazlara başlamaq və onda olan sünnələr