Namazlara başlamaq və onda olan sünnələr

Oturaraq nafilə namaz qılmaq

حَدَّثَنَا أَبُو مَرْوَانَ الْعُثْمَانِيُّ ، حَدَّثَنَا عَبْدُ الْعَزِيزِ بْنُ أَبِي حَازِمٍ ، عَنْ هِشَامِ بْنِ عُرْوَةَ ، عَنْ أَبِيهِ ، عَنْ عَائِشَةَ ، قَالَتْ : مَا رَأَيْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ يُصَلِّي فِي شَيْءٍ مِنْ صَلاَةِ اللَّيْلِ إِلاَّ قَائِمًا ، حَتَّى دَخَلَ فِي السِّنِّ ، فَجَعَلَ يُصَلِّي جَالِسًا ، حَتَّى إِذَا بَقِيَ عَلَيْهِ مِنْ قِرَاءَتِهِ أَرْبَعُونَ آيَةً ، أَوْ ثَلاَثُونَ آيَةً ، قَامَ فَقَرَأَهَا وَسَجَدَ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allah Elçisinin ﷺ yaşa dolana qədər gecə namazlarını ayaq üstə qıldığını gördüm. Yaşlaşdıqda oturaraq qılar, ruku etmək istədikdə otuz-qırx ayə oxuyacaq qədər ayaq üstə durub ayələri oxuyar, sonra səcdə edərdi”.”

Aişə
Səhih

İstinad

İbn Məcə, 1227 (İqamətus-salat, 425)

Sunən İbn Məcə — Namazlara başlamaq və onda olan sünnələr