Oturaraq nafilə namaz qılmaq
حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا مُعَاذُ بْنُ مُعَاذٍ ، عَنْ حُمَيْدٍ ، عَنْ عَبْدِ اللهِ بْنِ شَقِيقٍ الْعُقَيْلِيِّ ، قَالَ : سَأَلْتُ عَائِشَةَ عَنْ صَلاَةِ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ بِاللَّيْلِ ، فَقَالَتْ : كَانَ يُصَلِّي لَيْلاً طَوِيلاً قَائِمًا ، وَلَيْلاً طَوِيلاً قَاعِدًا ، فَإِذَا قَرَأَ قَائِمًا رَكَعَ قَائِمًا ، وَإِذَا قَرَأَ قَاعِدًا رَكَعَ قَاعِدًا.
“Rəvayət edilir ki, Abdullah ibn Şəqiq əl-Uqeyli ﵀ demişdir: “Mən Aişədən Allah Elçisinin ﷺ gecə namazı haqda soruşdum. Aişə dedi: “Peyğəmbər ﷺ uzun bir gecədə ayaq üstə, başqa bir uzun gecədə də oturaraq namaz qılardı. Ayaq üstə namaz qıldığı vaxt qiraət etdikdə rukunu da ayaq üstə edərdi. Oturduğu yerdə namaz qıldığı vaxt qiraət etdikdə rukunu da oturaraq edərdi”.”
İstinad
İbn Məcə, 1228 (İqamətus-salat, 426)
Sunən İbn Məcə — Namazlara başlamaq və onda olan sünnələr