Namazlara başlamaq və onda olan sünnələr

Oturaraq namaz qılmaq ayaq üstə namaz qılmağın yarısı kimidir

حَدَّثَنَا نَصْرُ بْنُ عَلِيٍّ الْجَهْضَمِيُّ ، حَدَّثَنَا بِشْرُ بْنُ عُمَرَ ، حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ جَعْفَرٍ , حَدَّثَنِي إِسْمَاعِيلُ بْنُ مُحَمَّدِ بْنِ سَعْدٍ ، عَنْ أَنَسِ بْنِ مَالِكٍ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ خَرَجَ فَرَأَى نَاسًا يُصَلُّونَ قُعُودًا ، فَقَالَ : صَلاَةُ الْقَاعِدِ عَلَى النِّصْفِ مِنْ صَلاَةِ الْقَائِمِ.

“Ənəs ibn Malik ﵁ rəvayət edir ki, bir dəfə Allah Elçisi ﷺ evindən çıxıb məsciddə oturaraq namaz qılan insanlarla rastlaşdı və buyurdu: “Oturaraq qılınan namaz ayaq üstə qılınan namazın yarısına bərabərdir”.”

Ənəs ibn Malik
Səhih

İstinad

İbn Məcə, 1230 (İqamətus-salat, 428)

Sunən İbn Məcə — Namazlara başlamaq və onda olan sünnələr