Namazlara başlamaq və onda olan sünnələr

Oturaraq namaz qılmaq ayaq üstə namaz qılmağın yarısı kimidir

حَدَّثَنَا بِشْرُ بْنُ هِلاَلٍ الصَّوَّافُ ، حَدَّثَنَا يَزِيدُ بْنُ زُرَيْعٍ ، عَنْ حُسَيْنٍ الْمُعَلِّمِ ، عَنْ عَبْدِ اللهِ بْنِ بُرَيْدَةَ ، عَنْ عِمْرَانَ بْنِ حُصَيْنٍ ، أَنَّهُ سَأَلَ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ عَنِ الرَّجُلِ يُصَلِّي قَاعِدًا ، قَالَ : مَنْ صَلَّى قَائِمًا فَهُوَ أَفْضَلُ ، وَمَنْ صَلَّى قَاعِدًا فَلَهُ نِصْفُ أَجْرِ الْقَائِمِ ، وَمَنْ صَلَّى نَائِمًا فَلَهُ نِصْفُ أَجْرِ الْقَاعِدِ.

“Rəvayət edilir ki, İmran ibn Husayn ﵁ Allah Elçisindən ﷺ oturaraq namaz qılan haqda soruşdu. Allah Elçisi ﷺ buyurdu: “Kim ayaq üstə namaz qılırsa, bu daha fəzilətlidir. Kim oturaraq namaz qılarsa, ayaq üstə namaz qılanın qazandığı savabın yarısını qazanar. Kim uzanaraq namaz qılarsa, oturaraq namaz qılanın qazandığı savabın yarısını qazanar”.”

İmran ibn Husayn
Səhih

İstinad

İbn Məcə, 1231 (İqamətus-salat, 429)

Sunən İbn Məcə — Namazlara başlamaq və onda olan sünnələr