Allah Elçisinin ﷺ xəstə olduqda namazı necə qılması haqda nə rəvayət edilmişdir?
حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا أَبُو مُعَاوِيَةَ ، وَوَكِيعٌ ، عَنِ الأَعْمَشِ (ح) وَحَدَّثَنَا عَلِيُّ بْنُ مُحَمَّدٍ ، حَدَّثَنَا وَكِيعٌ ، عَنِ الأَعْمَشِ ، عَنْ إِبْرَاهِيمَ ، عَنِ الأَسْوَدِ ، عَنْ عَائِشَةَ ، قَالَتْ : لَمَّا مَرِضَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ مَرَضَهُ الَّذِي مَاتَ فِيهِ ، وَقَالَ أَبُو مُعَاوِيَةَ : لَمَّا ثَقُلَ ، جَاءَ بِلاَلٌ يُؤْذِنُهُ بِالصَّلاَةِ ، فَقَالَ : مُرُوا أَبَا بَكْرٍ فَلْيُصَلِّ بِالنَّاسِ , قُلْنَا : يَا رَسُولَ اللهِ ، إِنَّ أَبَا بَكْرٍ رَجُلٌ أَسِيفٌ ، تَعْنِي رَقِيقٌ ، وَمَتَى مَا يَقُومُ مَقَامَكَ , يَبْكِي فَلاَ يَسْتَطِيعُ ، فَلَوْ أَمَرْتَ عُمَرَ فَصَلَّى بِالنَّاسِ ، فَقَالَ : مُرُوا أَبَا بَكْرٍ فَلْيُصَلِّ بِالنَّاسِ ، فَإِنَّكُنَّ صَوَاحِبَاتُ يُوسُفَ ، قَالَتْ : فَأَرْسَلْنَا إِلَى أَبِي بَكْرٍ فَصَلَّى بِالنَّاسِ ، فَوَجَدَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ مِنْ نَفْسِهِ خِفَّةً ، فَخَرَجَ إِلَى الصَّلاَةِ يُهَادَى بَيْنَ رَجُلَيْنِ ، وَرِجْلاَهُ تَخُطَّانِ فِي الأَرْضِ ، فَلَمَّا أَحَسَّ بِهِ أَبُو بَكْرٍ , ذَهَبَ لِيَتَأَخَّرَ ، فَأَوْمَأَ إِلَيْهِ النَّبِيُّ صَلَّى الله عَليْهِ وسَلَّمَ أَنْ مَكَانَكَ ، قَالَ : فَجَاءَ حَتَّى أَجْلَسَاهُ إِلَى جَنْبِ أَبِي بَكْرٍ ، فَكَانَ أَبُو بَكْرٍ يَأْتَمُّ بِالنَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، وَالنَّاسُ يَأْتَمُّونَ بِأَبِي بَكْرٍ.
“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allah Elçisinin ﷺ xəstəliyi ağırlaşdıqda Bilal namaza azan verməkdən ötrü onun yanına gəldi. Peyğəmbər ﷺ ona dedi: “Əbu Bəkrə deyin ki, insanlara namaz qıldırsın”. Biz dedik: “Ey Allahın Elçisi, Əbu Bəkr ürəyiyumşaq adamdır. O, sənin yerində dayandıqda ağlayacaq və namaza davam edə bilməyəcək. İnsanlara namaz qıldırması üçün Ömərə əmr etsən (daha yaxşı olar)”. Peyğəmbər ﷺ dedi: “Əbu Bəkrə deyin ki, insanlara namaz qıldırsın. Siz Yusufun qadınları kimisiniz”. Aişə dedi: “Əbu Bəkrə xəbər verin ki, insanlara namaz qıldırsın”. Onlar namaza başladıqda Peyğəmbər ﷺ özündə bir yüngüllük hiss etdi. Peyğəmbər ﷺ namaza gəldi və onu iki kişi gətirirdi. Onun ayaqları yerlə sürünürdü. Əbu Bəkr onları eşitdi və arxaya çəkilməyə başladı. Peyğəmbər ﷺ ona yerində qalması üçün işarə etdi. Peyğəmbər ﷺ gəlib Əbu Bəkrin yanında oturdu. Əbu Bəkr ayaq üstə namazda Allah Elçisinə ﷺ tabelik edirdi. İnsanlar da Əbu Bəkrə tabelik edirdilər”.”
İstinad
İbn Məcə, 1232 (İqamətus-salat, 430)
Sunən İbn Məcə — Namazlara başlamaq və onda olan sünnələr