Namazlara başlamaq və onda olan sünnələr

Allah Elçisinin ﷺ xəstə olduqda namazı necə qılması haqda nə rəvayət edilmişdir?

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ نُمَيْرٍ ، عَنْ هِشَامِ بْنِ عُرْوَةَ ، عَنْ أَبِيهِ ، عَنْ عَائِشَةَ ، قَالَتْ : أَمَرَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ أَبَا بَكْرٍ أَنْ يُصَلِّيَ بِالنَّاسِ فِي مَرَضِهِ ، فَكَانَ يُصَلِّي بِهِمْ , فَوَجَدَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ خِفَّةً ، فَخَرَجَ ، وَإِذَا أَبُو بَكْرٍ يَؤُمُّ النَّاسَ , فَلَمَّا رَآهُ أَبُو بَكْرٍ اسْتَأْخَرَ ، فَأَشَارَ إِلَيْهِ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : أَيْ كَمَا أَنْتَ ، فَجَلَسَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ حِذَاءَ أَبِي بَكْرٍ ، إِلَى جَنْبِهِ ، فَكَانَ أَبُو بَكْرٍ يُصَلِّي بِصَلاَةِ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، وَالنَّاسُ يُصَلُّونَ بِصَلاَةِ أَبِي بَكْرٍ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allah Elçisi ﷺ xəstə olduqda əmr etdi ki, insanlara namazı Əbu Bəkr qıldırsın. Əbu Bəkr onlara namaz qıldırmağa başladı. Bu arada Allah Elçisi ﷺ özündə bir yüngüllük hiss etdi. Peyğəmbər ﷺ otağından məscidə çıxdıqda Əbu Bəkr namazda insanlara imamlıq edirdi. Əbu Bəkr onu gördükdə arxaya çəkilməyə başladı. Allah Elçisi ﷺ ona: “Yerində dur, aralanma!” deyə işarə etdi. Allah Elçisi ﷺ Əbu Bəkr istiqamətində yanında oturdu. Əbu Bəkr namazda Allah Elçisinə ﷺ tabelik edirdi. İnsanlar da Əbu Bəkrə tabelik edirdilər”.”

Aişə
Səhih

İstinad

İbn Məcə, 1233 (İqamətus-salat, 431)

Sunən İbn Məcə — Namazlara başlamaq və onda olan sünnələr