Allah Elçisinin ﷺ xəstə olduqda namazı necə qılması haqda nə rəvayət edilmişdir?
حَدَّثَنَا نَصْرُ بْنُ عَلِيٍّ الْجَهْضَمِيُّ ، حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ دَاوُدَ ، مِنْ كِتَابِهِ فِي بَيْتِهِ ، قَالَ : سَلَمَةُ بْنُ نُبَيْطٍ أَخْبَرَنَا عَنْ نُعَيْمِ بْنِ أَبِي هِنْدٍ ، عَنْ نُبَيْطِ بْنِ شَرِيطٍ ، عَنْ سَالِمِ بْنِ عُبَيْدٍ ، قَالَ : أُغْمِيَ عَلَى رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ فِي مَرَضِهِ ، ثُمَّ أَفَاقَ ، فَقَالَ : أَحَضَرَتِ الصَّلاَةُ ؟ قَالُوا : نَعَمْ ، قَالَ : مُرُوا بِلاَلاً فَلْيُؤَذِّنْ , وَمُرُوا أَبَا بَكْرٍ فَلْيُصَلِّ بِالنَّاسِ ، ثُمَّ أُغْمِيَ عَلَيْهِ ، فَأَفَاقَ ، فَقَالَ : أَحَضَرَتِ الصَّلاَةُ ؟ قَالُوا : نَعَمْ ، قَالَ : مُرُوا بِلاَلاً فَلْيُؤَذِّنْ , وَمُرُوا أَبَا بَكْرٍ فَلْيُصَلِّ بِالنَّاسِ ، ثُمَّ أُغْمِيَ عَلَيْهِ ، فَأَفَاقَ ، فَقَالَ : أَحَضَرَتِ الصَّلاَةُ ؟ قَالُوا : نَعَمْ ، قَالَ : مُرُوا بِلاَلاً فَلْيُؤَذِّنْ ، وَمُرُوا أَبَا بَكْرٍ فَلْيُصَلِّ بِالنَّاسِ , فَقَالَتْ عَائِشَةُ : إِنَّ أَبِي رَجُلٌ أَسِيفٌ ، إِذَا قَامَ ذَلِكَ الْمَقَامَ يَبْكِي ، لاَ يَسْتَطِيعُ ، فَلَوْ أَمَرْتَ غَيْرَهُ ، ثُمَّ أُغْمِيَ عَلَيْهِ ، فَأَفَاقَ ، فَقَالَ : مُرُوا بِلاَلاً فَلْيُؤَذِّنْ ، وَمُرُوا أَبَا بَكْرٍ فَلْيُصَلِّ بِالنَّاسِ ، فَإِنَّكُنَّ صَوَاحِبُ يُوسُفَ ، أَوْ صَوَاحِبَاتُ يُوسُفَ ، قَالَ : فَأُمِرَ بِلاَلٌ فَأَذَّنَ ، وَأُمِرَ أَبُو بَكْرٍ فَصَلَّى بِالنَّاسِ ، ثُمَّ إِنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ وَجَدَ خِفَّةً ، فَقَالَ : انْظُرُوا لِي مَنْ أَتَّكِئُ عَلَيْهِ , فَجَاءَتْ بَرِيرَةُ وَرَجُلٌ آخَرُ ، فَاتَّكَأَ عَلَيْهِمَا ، فَلَمَّا رَآهُ أَبُو بَكْرٍ ، ذَهَبَ لِيَنْكِصَ ، فَأَوْمَأَ إِلَيْهِ : أَنِ اثْبُتْ مَكَانَكَ ، ثُمَّ جَاءَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ حَتَّى جَلَسَ إِلَى جَنْبِ أَبِي بَكْرٍ ، حَتَّى قَضَى أَبُو بَكْرٍ صَلاَتَهُ ، ثُمَّ إِنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ قُبِضَ.
“Rəvayət edilir ki, Səlim ibn Ubeyd ﵁ demişdir: “Allah Elçisi ﷺ son dəfə xəstələndikdə özündən getmişdi. Ayıldıqdan sonra dedi: “Namaz vaxtıdırmı?” Səhabələri: “Bəli” dedilər. O dedi: “Bilalı çağırın, azan versin. Əbu Bəkrə də deyin ki, insanlara namaz qıldırsın”. Sonra yenə özündən getdi. Ayıldıqda yenə dedi: “Namazın vaxtıdırmı?” Səhabələri: “Bəli” dedilər. O dedi: “Bilalı çağırın, azan versin. Əbu Bəkrə də deyin ki, insanlara namaz qıldırsın”. Sonra yenə özündən getdi. Ayıldıqda yenə dedi: “Namazın vaxtıdırmı?” Səhabələri: “Bəli” dedilər. O dedi: “Bilalı çağırın, azan versin. Əbu Bəkrə də deyin ki, insanlara namaz qıldırsın”. Aişə dedi: “Əbu Bəkr ürəyiyumşaq adamdır. O, sənin yerində dayandıqda ağlayacaq və namaza davam edə bilməyəcək. Başqası üçün əmr etsən (daha yaxşı olar)”. Sonra yenə özündən getdi. Ayıldıqda yenə dedi: “Bilalı çağırın, azan versin. Əbu Bəkrə də deyin ki, insanlara namaz qıldırsın. Siz Yusufun qadınları kimisiniz”. Bilal azan verməsi üçün çağırıldı. Əbu Bəkrə də insanlara namaz qıldırması üçün əmr edildi. Sonra Allah Elçisi ﷺ özündə bir yüngüllük hiss etdi və dedi: “Mənim qoltuğumdan tutub kömək edin!” Bərira və başqa bir kişi gəldi. O onlardan tutaraq (evindən məscidə çıxdı). Əbu Bəkr onları gördükdə arxaya çəkilmək istədi. Allah Elçisi ﷺ ona: “Yerində dur, aralanma!” deyə işarə etdi və gəlib Əbu Bəkr namazı bitirənə qədər onun yanında oturdu. Sonra Allah Elçisi ﷺ vəfat etdi”.”
İstinad
İbn Məcə, 1234 (İqamətus-salat, 432)
Sunən İbn Məcə — Namazlara başlamaq və onda olan sünnələr