Allah Elçisinin ﷺ öz ümmətindən bir kişinin arxasında namaz qılması haqda nə rəvayət edilmişdir?
حَدَّثَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى ، حَدَّثَنَا ابْنُ أَبِي عَدِيٍّ ، عَنْ حُمَيْدٍ ، عَنْ بَكْرِ بْنِ عَبْدِ اللهِ ، عَنْ حَمْزَةَ بْنِ الْمُغِيرَةِ بْنِ شُعْبَةَ ، عَنْ أَبِيهِ ، قَالَ : تَخَلَّفَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، فَانْتَهَيْنَا إِلَى الْقَوْمِ وَقَدْ صَلَّى بِهِمْ عَبْدُ الرَّحْمَنِ بْنُ عَوْفٍ رَكْعَةً ، فَلَمَّا أَحَسَّ بِالنَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ ذَهَبَ يَتَأَخَّرُ ، فَأَوْمَأَ إِلَيْهِ النَّبِيُّ صَلَّى الله عَليْهِ وسَلَّمَ أَنْ يُتِمَّ الصَّلاَةَ ، وَقَالَ : قَدْ أَحْسَنْتَ ، كَذَلِكَ فَافْعَلْ.
“Həmzə ibn əl-Muğira ibn Şubə atasının ﵁ belə dediyini rəvayət etmişdir: “(Təbuk döyüşündə) Allah Elçisi ﷺ səhabələrdən geri qalmışdı. Abdur-Rahmən ibn Auf öndə olan camaata bir rükət namaz qıldırmışdı. Bu əsnada ikimiz camaata çatdıq. Abdur-Rahmən Peyğəmbərin ﷺ gəldiyini hiss etdikdə geri çəkilmək istədi, lakin Peyğəmbər ﷺ namazı onun tamamlaması üçün ona işarə etdi. Namazdan sonra buyurdu: “Sən yaxşı elədin, həmişə belə et!””
İstinad
İbn Məcə, 1236 (İqamətus-salat, 434)
Sunən İbn Məcə — Namazlara başlamaq və onda olan sünnələr