Namazlara başlamaq və onda olan sünnələr

“Həqiqətən, imam ona tabe olmaq üçün təyin edilmişdir” sözü haqda nə rəvayət edilmişdir?

حَدَّثَنَا مُحَمَّدُ بْنُ رُمْحٍ الْمِصْرِيُّ ، حَدَّثَنَا اللَّيْثُ بْنُ سَعْدٍ ، عَنْ أَبِي الزُّبَيْرِ ، عَنْ جَابِرٍ ، قَالَ : اشْتَكَى رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، فَصَلَّيْنَا وَرَاءَهُ وَهُوَ قَاعِدٌ ، وَأَبُو بَكْرٍ يُكَبِّرُ يُسْمِعُ النَّاسَ تَكْبِيرَهُ ، فَالْتَفَتَ إِلَيْنَا فَرَآنَا قِيَامًا ، فَأَشَارَ إِلَيْنَا , فَقَعَدْنَا فَصَلَّيْنَا بِصَلاَتِهِ قُعُودًا ، فَلَمَّا سَلَّمَ قَالَ : إِنْ كِدْتُمْ أَنْ تَفْعَلُوا فِعْلَ فَارِسَ وَالرُّومِ ، يَقُومُونَ عَلَى مُلُوكِهِمْ وَهُمْ قُعُودٌ ، فَلاَ تَفْعَلُوا ، ائْتَمُّوا بِأَئِمَّتِكُمْ ، إِنْ صَلَّى قَائِمًا فَصَلُّوا قِيَامًا ، وَإِنْ صَلَّى قَاعِدًا فَصَلُّوا قُعُودًا.

“Rəvayət edilir ki, Cabir ﵁ demişdir: “Allah Elçisi ﷺ bir az naxoşlamışdı. Biz onun arxasında namaz qıldıq, o da namazda oturmuşdu. Əbu Bəkr onun təkbir etməsini insanlara eşitdirmək üçün təkbir edirdi. Bizə tərəf çevrildikdə bizim ayaq üstə namaz qıldığımızı gördü və oturmağımız üçün işarə etdi. Biz də namazı oturaraq qıldıq. Peyğəmbər ﷺ namazın sonunda salam verdikdən sonra belə buyurdu: “Hardasa farsların, rumluların etdikləri kimi edəcəkdiniz. Onlar padşahları oturduqları halda özləri ayaq üstə durarlar. Belə etməyin! İmamlarınıza tabe olun! O, namazı ayaq üstə qılarsa, siz də ayaq üstə qılın, oturaraq qılarsa, siz də oturaraq qılın!””

Cabir
Səhih

İstinad

İbn Məcə, 1240 (İqamətus-salat, 438)

Sunən İbn Məcə — Namazlara başlamaq və onda olan sünnələr