Sübh namazında edilən qunut duası haqda nə rəvayət edilmişdir?
حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ إِدْرِيسَ ، وَحَفْصُ بْنُ غِيَاثٍ ، وَيَزِيدُ بْنُ هَارُونَ ، عَنْ أَبِي مَالِكٍ الأَشْجَعِيِّ سَعْدِ بْنِ طَارِقٍ ، قَالَ : قُلْتُ لأَبِي : يَا أَبَتِ , إِنَّكَ قَدْ صَلَّيْتَ خَلْفَ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ , وَأَبِي بَكْرٍ , وَعُمَرَ , وَعُثْمَانَ , وَعَلِيٍّ هَاهُنَا بِالْكُوفَةِ ، نَحْوًا مِنْ خَمْسِ سِنِينَ ، فَكَانُوا يَقْنُتُونَ فِي الْفَجْرِ ؟ فَقَالَ : أَيْ بُنَيَّ مُحْدَثٌ.
“Rəvayət edilir ki, Səd ibn Tariq ﵀ demişdir: “Mən atama dedim: “Atacan, Sən Allah Elçisinin ﷺ, Əbu Bəkrin, Ömərin, Osmanın və bu Kufədə Əlinin arxasında beş ilə yaxın namaz qılmısan. Onlar Sübh namazında qunut tuturdularmı?” O dedi: “Ey oğul, bu sonradan uydurulmuşdur”.”
İstinad
İbn Məcə, 1241 (İqamətus-salat, 439)
Sunən İbn Məcə — Namazlara başlamaq və onda olan sünnələr