Namazlara başlamaq və onda olan sünnələr

Namazın son vaxtına çatan haqda nə rəvayət edilmişdir?

حَدَّثَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ ، حَدَّثَنَا مُحَمَّدُ بْنُ جَعْفَرٍ ، حَدَّثَنَا شُعْبَةُ ، عَنْ أَبِي عِمْرَانَ الْجَوْنِيِّ ، عَنْ عَبْدِ اللهِ بْنِ الصَّامِتِ ، عَنْ أَبِي ذَرٍّ ، عَنِ النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَالَ : صَلِّ الصَّلاَةَ لِوَقْتِهَا ، فَإِنْ أَدْرَكْتَ الإِمَامَ يُصَلِّي بِهِمْ , فَصَلِّ مَعَهُمْ ، وَقَدْ أَحْرَزْتَ صَلاَتَكَ ، وَإِلاَّ فَهِيَ نَافِلَةٌ لَكَ.

“Əbu Zərr ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Namazı öz vaxtında qıl! Əgər bir imamın camaata namaz qıldırdığını görsən, onlarla namaz qıl. Əvvəl qıldığın namaz fərz namazı, sonra camaatla qıldığın namaz isə nafilə olar”.”

Əbu Zərr
Səhih

İstinad

İbn Məcə, 1256 (İqamətus-salat, 454)

Sunən İbn Məcə — Namazlara başlamaq və onda olan sünnələr