Namazlara başlamaq və onda olan sünnələr

Namazın son vaxtına çatan haqda nə rəvayət edilmişdir?

حَدَّثَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ ، حَدَّثَنَا أَبُو أَحْمَدَ ، حَدَّثَنَا سُفْيَانُ بْنُ عُيَيْنَةَ ، عَنْ مَنْصُورٍ ، عَنْ هِلاَلِ بْنِ يِسَافٍ ، عَنْ أَبِي الْمُثَنَّى ، عَنْ أَبِي أُبَيٍّ ابْنِ امْرَأَةِ عُبَادَةَ بْنِ الصَّامِتِ ، يَعْنِي عَنْ عُبَادَةَ بْنِ الصَّامِتِ ، عَنِ النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَالَ : سَيَكُونُ أُمَرَاءُ تَشْغَلُهُمْ أَشْيَاءُ ، يُؤَخِّرُونَ الصَّلاَةَ عَنْ وَقْتِهَا , فَاجْعَلُوا صَلاَتَكُمْ مَعَهُمْ تَطَوُّعًا.

“Ubadə ibn əs-Samit ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Bəzi işlərlə məşğul olub namazı ilk vaxtından sonra qılan imamlar olacaq. (Namazı öz vaxtında qılın). Onlarla qıldığınız namazı nafilə sayın”.”

Ubadə ibn əs-Samit
Səhih

İstinad

İbn Məcə, 1257 (İqamətus-salat, 455)

Sunən İbn Məcə — Namazlara başlamaq və onda olan sünnələr