Qorxu namazı haqda nə rəvayət edilmişdir?
حَدَّثَنَا مُحَمَّدُ بْنُ الصَّبَّاحِ ، أَخْبَرَنَا جَرِيرٌ ، عَنْ عُبَيْدِ اللهِ بْنِ عُمَرَ ، عَنْ نَافِعٍ ، عَنِ ابْنِ عُمَرَ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ فِي صَلاَةِ الْخَوْفِ : أَنْ يَكُونَ الإِمَامُ يُصَلِّي بِطَائِفَةٍ مَعَهُ ، فَيَسْجُدُونَ سَجْدَةً وَاحِدَةً ، وَتَكُونُ طَائِفَةٌ مِنْهُمْ , بَيْنَهُمْ وَبَيْنَ الْعَدُوِّ ، ثُمَّ يَنْصَرِفُ الَّذِينَ سَجَدُوا السَّجْدَةَ مَعَ أَمِيرِهِمْ ، ثُمَّ يَكُونُونَ مَكَانَ الَّذِينَ لَمْ يُصَلُّوا ، وَيَتَقَدَّمُ الَّذِينَ لَمْ يُصَلُّوا , فَيُصَلُّوا مَعَ أَمِيرِهِمْ سَجْدَةً وَاحِدَةً ، ثُمَّ يَنْصَرِفُ أَمِيرُهُمْ وَقَدْ صَلَّى صَلاَتَهُ ، وَيُصَلِّي كُلُّ وَاحِدٍ مِنَ الطَّائِفَتَيْنِ بِصَلاَتِهِ سَجْدَةً لِنَفْسِهِ ، فَإِنْ كَانَ خَوْفٌ أَشَدَّ مِنْ ذَلِكَ ، فَرِجَالاً أَوْ رُكْبَانًا. قَالَ : يَعْنِي بِالسَّجْدَةِ الرَّكْعَةَ.
“Rəvayət edilir ki, İbn Ömər ﵄ demişdir: “Allah Elçisi ﷺ qorxu namazı haqda belə buyurdu: “İmam bir dəstə ilə namaza başlayar, onlarla bir rükət namaz qılar, bu vaxt digər dəstə düşmənlə onlar arasında olar. Sonra imamla bir rükət qılanlar namaz qılmayan dəstənin yerinə qabağa keçərlər. Namazı qılmayan dəstə imamla bir rükət namaz qılar. Sonra imamları namazı bitirdiyi üçün namazdan çıxar. Hər iki dəstə öz-özlüyündə bir rükət qılar. Qorxu daha təhlükəli olarsa, özləri tək qıldıqları namazı yeriyərək və ya minikdə qılarlar”.”
İstinad
İbn Məcə, 1258 (İqamətus-salat, 456)
Sunən İbn Məcə — Namazlara başlamaq və onda olan sünnələr