Namazlara başlamaq və onda olan sünnələr

Kusuf namazı haqda nə rəvayət edilmişdir?

حَدَّثَنَا أَحْمَدُ بْنُ عَمْرِو بْنِ السَّرْحِ الْمِصْرِيُّ ، حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ وَهْبٍ ، أَخْبَرَنِي يُونُسُ ، عَنِ ابْنِ شِهَابٍ ، أَخْبَرَنِي عُرْوَةُ بْنُ الزُّبَيْرِ ، عَنْ عَائِشَةَ ، قَالَتْ : كَسَفَتِ الشَّمْسُ فِي حَيَاةِ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، فَخَرَجَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ إِلَى الْمَسْجِدِ ، فَقَامَ , فَكَبَّرَ , فَصَفَّ النَّاسُ وَرَاءَهُ ، فَقَرَأَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ قِرَاءَةً طَوِيلَةً ، ثُمَّ كَبَّرَ ، فَرَكَعَ رُكُوعًا طَوِيلاً ، ثُمَّ رَفَعَ رَأْسَهُ , فَقَالَ : سَمِعَ اللَّهُ لِمَنْ حَمِدَهُ ، رَبَّنَا وَلَكَ الْحَمْدُ , ثُمَّ قَامَ , فَاقْتَرَأَ قِرَاءَةً طَوِيلَةً ، هِيَ أَدْنَى مِنَ الْقِرَاءَةِ الأُولَى ، ثُمَّ كَبَّرَ , فَرَكَعَ رُكُوعًا طَوِيلاً , هُوَ أَدْنَى مِنَ الرُّكُوعِ الأَوَّلِ ، ثُمَّ قَالَ : سَمِعَ اللَّهُ لِمَنْ حَمِدَهُ ، رَبَّنَا وَلَكَ الْحَمْدُ , ثُمَّ فَعَلَ فِي الرَّكْعَةِ الأُخْرَى مِثْلَ ذَلِكَ ، فَاسْتَكْمَلَ أَرْبَعَ رَكَعَاتٍ وَأَرْبَعَ سَجَدَاتٍ ، وَانْجَلَتِ الشَّمْسُ قَبْلَ أَنْ يَنْصَرِفَ ، ثُمَّ قَامَ فَخَطَبَ النَّاسَ , فَأَثْنَى عَلَى اللهِ بِمَا هُوَ أَهْلُهُ ، ثُمَّ قَالَ : إِنَّ الشَّمْسَ وَالْقَمَرَ آيَتَانِ مِنْ آيَاتِ اللهِ ، لاَ يَنْكَسِفَانِ لِمَوْتِ أَحَدٍ وَلاَ لِحَيَاتِهِ ، فَإِذَا رَأَيْتُمُوهُمَا , فَافْزَعُوا إِلَى الصَّلاَةِ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allah Elçisi ﷺ sağ olan dövrdə günəş tutulmuşdu. Allah Elçisi ﷺ evindən məscidə çıxıb namaza durdu və təkbir etdi. İnsanlar da onun arxasında cərgəyə durdular. Allah Elçisi ﷺ namazda qiraəti uzun etdi. Sonra təkbir edib uzun bir ruku etdi. Sonra dikələrək “Səmi Allahu limən həmidəh, Rabbənə va ləkəl-həmd” dedi. Sonra dayanaraq qiraəti uzun etdi. Bu qiraəti birinci qiraətdən bir az qısa idi. Sonra təkbir etdi və uzun bir ruku etdi, lakin rukusu birinci rukudan bir az qısa idi. Sonra “Səmi Allahu limən həmidəh, Rabbənə va ləkəl-həmd” dedi. Sonra ikinci rükətdə də eyni şeyləri etdi. Beləliklə, dörd ruku və dörd səcdə etddərək namazı tamamladı. Namaz bitməmiş günəşin üzü açıldı. Sonra Peyğəmbər ﷺ ayağa duraraq insanlara xütbə dedi. Xütbəsində Allahı layiqli bir şəkildə tərif etdikdən sonra buyurdu: “Həqiqətən, günəş və ay Allahın varlığının dəlillərindən bir dəlildir. Onlar heç kimin ölməsi və dünyaya gəlməsi səbəbilə tutulmurlar. Onları gördükdə namaz qılmağa tələsin!””

Aişə
Səhih

İstinad

İbn Məcə, 1263 (İqamətus-salat, 461)

Sunən İbn Məcə — Namazlara başlamaq və onda olan sünnələr