Namazlara başlamaq və onda olan sünnələr

Kusuf namazı haqda nə rəvayət edilmişdir?

حَدَّثَنَا مُحْرِزُ بْنُ سَلَمَةَ الْعَدَنِيُّ ، حَدَّثَنَا نَافِعُ بْنُ عُمَرَ الْجُمَحِيُّ ، عَنِ ابْنِ أَبِي مُلَيْكَةَ ، عَنْ أَسْمَاءَ بِنْتِ أَبِي بَكْرٍ ، قَالَتْ : صَلَّى رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ صَلاَةَ الْكُسُوفِ ، فَقَامَ , فَأَطَالَ الْقِيَامَ ، ثُمَّ رَكَعَ , فَأَطَالَ الرُّكُوعَ ، ثُمَّ رَفَعَ فَقَامَ , فَأَطَالَ الْقِيَامَ ، ثُمَّ رَكَعَ فَأَطَالَ الرُّكُوعَ ، ثُمَّ رَفَعَ ، ثُمَّ سَجَدَ فَأَطَالَ السُّجُودَ ، ثُمَّ رَفَعَ ، ثُمَّ سَجَدَ فَأَطَالَ السُّجُودَ ، ثُمَّ رَفَعَ فَقَامَ فَأَطَالَ الْقِيَامَ ، ثُمَّ رَكَعَ فَأَطَالَ الرُّكُوعَ ، ثُمَّ رَفَعَ فَقَامَ فَأَطَالَ الْقِيَامَ ، ثُمَّ رَكَعَ فَأَطَالَ الرُّكُوعَ ، ثُمَّ رَفَعَ ، ثُمَّ سَجَدَ فَأَطَالَ السُّجُودَ ، ثُمَّ رَفَعَ ، ثُمَّ سَجَدَ فَأَطَالَ السُّجُودَ ، ثُمَّ انْصَرَفَ ، فَقَالَ : لَقَدْ دَنَتْ مِنِّي الْجَنَّةُ , حَتَّى لَوِ اجْتَرَأْتُ عَلَيْهَا لَجِئْتُكُمْ بِقِطَافٍ مِنْ قِطَافِهَا ، وَدَنَتْ مِنِّي النَّارُ , حَتَّى قُلْتُ : أَيْ رَبِّ وَأَنَا فِيهِمْ ؟. قَالَ نَافِعٌ : حَسِبْتُ أَنَّهُ قَالَ : وَرَأَيْتُ امْرَأَةً تَخْدِشُهَا هِرَّةٌ لَهَا ، فَقُلْتُ : مَا شَأْنُ هَذِهِ ؟ قَالُوا : حَبَسَتْهَا حَتَّى مَاتَتْ جُوعًا ، لاَ هِيَ أَطْعَمَتْهَا , وَلاَ هِيَ أَرْسَلَتْهَا تَأْكُلُ مِنْ خِشَاشِ الأَرْضِ.

“Rəvayət edilir ki, Əsma bint Əbu Bəkr ﵂ demişdir: “Allah Elçisi ﷺ kusuf namazını qılmaq üçün ayağa qalxdı və qiyamda uzun müddət qaldı. Sonra ruku etdi və rukuda uzun müddət qaldı. Sonra dikəlib uzun müddət qiyamda durdu. Sonra ruku etdi və rukuda uzun müddət qaldı. Sonra dikələrək səcdə etdi və uzun müddət səcdədə qaldı. Sonra başını səcdədən qaldırdı və bir də səcdə etdi. Səcdədə uzun müddət qaldıqdan sonra qalxıb uzun müddət qiyamda durdu. Sonra ruku etdi və rukuda uzun müddət qaldı. Sonra dikəlib uzun müddət qiyamda durdu. Sonra ruku etdi və rukuda uzun müddət qaldı. Sonra dikələrək səcdə etdi və uzun müddət səcdədə qaldı. Sonra namazı bitirərək belə buyurdu: “Cənnət mənə o qədər yaxınlaşdırıldı ki, sizin üçün meyvələrdən bir salxım gətirə bilərdim. Həmçinin Cəhənnəm mənə o qədər yaxınlaşdırıldı ki, dedim: “Ey Rəbbim, mən də onların arasındayam?” Ravi Nafi deyir: “Peyğəmbər ﷺ belə buyurdu: “Bir qadını Cəhənnəmdə həbs edildiyi və bir pişiyin də onu cırmaqladığını gördüm. Mən dedim: “Buna nə olub?” Mənə dedilər: “O qadın pişiyi bir yerdə bağlı saxlayaraq ona nə yemək vermiş, nə də yerdə olan həşəratlardan yeməyə imkan vermişdi, o da ölmüşdü”.”

Əsma bint Əbu Bəkr
Səhih

İstinad

İbn Məcə, 1265 (İqamətus-salat, 463)

Sunən İbn Məcə — Namazlara başlamaq və onda olan sünnələr