Namazlara başlamaq və onda olan sünnələr

Bayram günü nizəni sütrə kimi istifadə etmək haqda nə rəvayət edilmişdir?

حَدَّثَنَا هِشَامُ بْنُ عَمَّارٍ ، حَدَّثَنَا عِيسَى بْنُ يُونُسَ (ح) وَحَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ بْنُ إِبْرَاهِيمَ ، حَدَّثَنَا الْوَلِيدُ بْنُ مُسْلِمٍ ، قَالاَ : حَدَّثَنَا الأَوْزَاعِيُّ ، أَخْبَرَنِي نَافِعٌ ، عَنِ ابْنِ عُمَرَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ كَانَ يَغْدُو إِلَى الْمُصَلَّى فِي يَوْمِ عِيدٍ ، وَالْعَنَزَةُ تُحْمَلُ بَيْنَ يَدَيْهِ ، فَإِذَا بَلَغَ الْمُصَلَّى ، نُصِبَتْ بَيْنَ يَدَيْهِ ، فَيُصَلِّي إِلَيْهَا. وَذَلِكَ أَنَّ الْمُصَلَّى كَانَ فَضَاءً ، لَيْسَ شَيْءٌ يُسْتَتَرُ بِهِ.

“İbn Ömər ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ bayram günü namazgaha gəldikdə onunla birlikdə nizə də gətirilərdi. O, namazgaha çatdıqda qarşısında sütrə olaraq yerə nizə batırılardı. Allah Elçisi ﷺ də ona doğru dönərək bayram namazını qıldırardı. Namazgah boş sahə idi və sütrə tutmaq üçün bir şey yox idi.”

İbn Ömər
Səhih

İstinad

İbn Məcə, 1304 (İqamətus-salat, 502)

Sunən İbn Məcə — Namazlara başlamaq və onda olan sünnələr