Bayram günü nizəni sütrə kimi istifadə etmək haqda nə rəvayət edilmişdir?
حَدَّثَنَا سُوَيْدُ بْنُ سَعِيدٍ ، حَدَّثَنَا عَلِيُّ بْنُ مُسْهِرٍ ، عَنْ عُبَيْدِ اللهِ ، عَنْ نَافِعٍ ، عَنِ ابْنِ عُمَرَ ، قَالَ : كَانَ النَّبِيُّ صَلَّى الله عَليْهِ وسَلَّمَ إِذَا صَلَّى يَوْمَ عِيدٍ أَوْ غَيْرَهُ ، نُصِبَتِ الْحَرْبَةُ بَيْنَ يَدَيْهِ ، فَيُصَلِّي إِلَيْهَا ، وَالنَّاسُ مِنْ خَلْفِهِ. قَالَ نَافِعٌ : فَمِنْ ثَمَّ اتَّخَذَهَا الأُمَرَاءُ.
“Rəvayət edilir ki, İbn Ömər ﵄ demişdir: “Peyğəmbər ﷺ bayram və digər günlərdə namaz qıldıqda qarşısında yerə nizə batırılırdı. Ona doğru namaz qılar, insanlar da onun arxasında qılardılar”. Nafi deyir: “Sonra gələn əmirlər də belə edərdilər”.”
İstinad
İbn Məcə, 1305 (İqamətus-salat, 503)
Sunən İbn Məcə — Namazlara başlamaq və onda olan sünnələr